Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

General Rövşən Əkbərov və hüquqda ikili standart-DE-FAKTO

 

Yenixeber.org: Azərbaycan hakimiyyətinin ən sevimli təbliğat dəlilllərindən biri Qərbi ikili standartlarla hərəkət etməkdə ittiham etməkdir. Vikipediyada ikili standartlarlar dedikdə “İnsanlar və insan qrupları arasında ayrıseçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaqdır”. Qərbi ikili standartlarda ittiham edən Azərbaycan hakimiyyətinin daxili siyasəti də ikili standrtlar üzərində qurulub.
General- leytenant, Milli Qəhrəman Rövşən Əkbərov yalnız şahid ifadələri (Bu şahidlərin etibarlılığı da şübhə altındadır) üzərində qurulan ittihamla həbs olunub və 20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunur.

Mərhum Elçin Əliyevin qatilinin nəhayət tapılaraq haqq etdiyi cəzaya çatdırılmasında fərqli mövqe ola bilməz.
Ancaq etibarlılığı şübhə doğuran Nazim İbrahimov kimi şəxslərin ötən 20 ildə bir neçə dəfə dəyişən ifadələri əsasında general- leytenant rütbəsinə və Milli Qəhrəman səviyyəsinə yüksəlmiş Rövşən Əkbərovun həbs olunması da doğru deyil.

25 milyon manata yaxın büdcə pulun mənimsənilməsində ittiham edilən KİVDF –nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib. Əgər şahid ifadəsi ilə General- leytenant, Milli Qəhrəman Rövşən Əkbərov həbs oluna bilirsə, Vüqar Səfərlinin istintaqa verdiyi ifadəsindən sonra Əli Həsənov və Ramiz Mehdiyev niyə həbs olunmayıblar? Bütün bunlardan sonra Əli Həsənov və Ramiz Mehdiyev həbs olunmayacaqsa bu hüquqda ikili standartın tətbiq olunmasının bariz nümunəsi olacaq.

Xaqani Cəfərli, politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam