Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Azərsu” ASC-nin Abşeron rayon Su-Kanal idarəsində RƏZALƏT: Rəşad Həsənov iki xanım işçini XƏSTƏXANALIQ ETDİ-DE-FAKTO


 

“Azərsu” ASC və onun regional idarələrində baş verən haqsızlıq və özbaşınalıq Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşı ciddi narahat etməkdə davam edir.

Yenixeber.org: Suyun qiymətinin kəskin artımına xalqın qəzəbi soyumamış ortaya çıxan digər neqativ tərkibli hallar cəmiyyətdə “Azərsu” ASC-ə qarşı danılmaz kin və nifrət yaradır. Regionları susuz qoyan, yaxud, fasilələrlə su verərək əhaliyə zülm edən “Azərsu” ASC və onun bəzi regional idarələri öz işçi kollektivinə belə etik davranış normaları çərçivəsində davranmır.

Əməkdaşımız su ilə bağlı problemin aradan qaldırılmasını tələb etmək məqsədilə Abşeron rayon Sukanal İdarəsinə gedib. Jurnalist bu zaman heç xoşa gəlməyəcək mənzərə ilə qarşılaşıb.

Belə ki, Abşeron rayon Su-Kanal İdarəsinin xanım əməkdaşları Ulduz xanım və Kamalə xanım həmin idarənin özündənrazı rəis müavini Rəşad Həsənovun ağır təhqirlərinə məruz qalıb. Vəzifədən sui-istifadə halının ifrat dərəcəsinə varan Rəşad Həsənov xanım əməkdaşları təhdid etməkdən belə çəkinməyib.

Cəmiyyət içində ağır təhqir və təhdidlərə məruz qalan xanımlar psixoloji travma keçiriblər və halları pisləşib. Hadisə yerinə Abşeron rayon Təcili və Təxirə Salınmaz Tibbi Xidmət idarəsinin işçiləri cəlb olunublar.

Baş verən rəzalət ilə bağlı daha dərin araşdırma apardığımız zaman neqativ tərkibli hadisələrin daha öncə də baş verdiyini və Abşeron rayon Sukanal idarəsinin işçi kollektivinin “GESTAPO” rejimində idarə edildiyini öyrəndik.

Rəşad Həsənov “Azərsu” ASC-nin həvalə edildiyi Köçərli Həsənovun yaxın qohumu olduğunu və onun bu günlərdə “Azərsu” ASC-ə rəhbər təyin olunacağını deyib, idarə operatorlarına və digər işçilərə olan davranışlarını daha da qəddarlaşdırır.

İşçilərin maaşından hər ay müəyyən miqdar mənimsənilir, işçilərin şənbə və bazar günlərində belə istirahətinə izn verilmir.

Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz hadisə sadəcə adıçəkilən iki xanım işçinin başına gəlməyib. Digər işçilərdə Abşeron rayon Su-Kanal İdarəsinin rəis müavini Rəşad Həsənovun ağır təhqirlərinə, etik olmayan normadankənar davranışlarına məruz qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(kaim.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam