Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sevindik Hətəmovun “lövhə maxinasiyası” – İcra başçısı büdcə vəsaitlərini necə “silir”?

Yenixeber.org: Salyan Rayon İcra Hakimiyyəti “Az-Arxitektura” MMC ilə satınalma müqaviləsi imzalayıb. 3000 manatlıq müqavilədə Salyan rayonunda Salyan-Şirvan,Salyan-Biləsuvar, Salyan-Sabirabad yaşayış məntəqələrinin adlarını göstərən lövhələrin quraşdırılması üzrə layihə smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Az-Arxitektura” MMC-nin 23 oktyabr 2019-cu ildə yarandığı qeyd edilib. Nizamnamə kapitalı 5010 manat olan şirkətin hüquqi ünvanı Göyçay rayonu Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, dalan 4, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rüstəmli Ömər Hafiz oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Şirkətin bundan əvvəl tenderlərdə iştirakına dair də hər hansı fakta rast gəlinmir.
Ehtimal olunur ki, sözügedən MMC sadəcə şübhəli tenderlərdə istifadə olunmaq üçün yaradılıb.
Salyan Rayon İcra Hakimiyyətinin sifarişi də çox maraqlıdır. Satınalma müqaviləsinin şərtlərindən bəlli olur ki, sözügedən quruma yaşayış məntəqələrinin adlarını göstərən lövhələr lazımdır. Bu lövhələr o qədər də bahalı deyil. Amma icra hakimiyyəti lövhələrin təkcə layihə smeta sənədlərinin hazırlanmasına 3000 manat xərcləyəcək. Digər tərəfdən, lövhələr üçün layihə smeta sənədlərinin hazırlanması da maraqlıdır. Sanki Salyan Rayon İcra Hakimiyyəti hündürmərtəbəli bina inşa edir.
Açıq-aydın sezilir ki, bu satınalma müsabiqəsi sadəcə büdcədən pul silmək üçün həyata keçirilib.
Salyan rayonunun icra başçısı Sevindik Hətəmovdur. O, 2016-cı ildən bu vəzifədədir. Sevindik Hətəmov ən çox tənqid olunan icra başçılarındandır.(reportyor.info)
Gülay

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam