Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ağsu İcra Hakimiyyətində köhnə hamam, köhnə tas -VİDEO

 

Son zamanlar yerli İcra orqanlarının özbaşınalıqlarından, İcra başçısının yerli sakinlərə qarşı saymamazlıqları, onları qəbul etməməsindən narazılıq edənlər arasında Lerik rayon sakinləri də çoxluq təşkil edirdi.
Yenixeber.org: Sosial mediada yayımlanan məlumatlarda istər yerli sahibkarlar olsun, istər sıravi sakinlər Rövşən Bağırovun idarəçiliyində olan Lerik rayonuna, yaxud sahib olduğu vəzifəsinə deyil, səxsi maraqlarına xidmət etdiyini iddia edirdilər.

Nəhayət ki, 29 aprel 2021-ci il tarixində Lerik rayon sakinlərini sevindirəcək bir fərman imzalandı. Həmin fərmanda Rövşən Bağırovun Lerik rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunduğu qeyd edilmişdi.

Amma, eyni tarixdə imzalanmış digər fərmana əsasən isə Rövşən Bağırov Ağsu rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Necə deyərlər Cənab Prezident "yandırdı Lerikin çırağını, söndürdü Ağsunun çırağını."

Ağsu rayonu ümumiyyətlə digər yayımlarımızda da qeyd etdiyimiz kimi "başçı sarıdan biraz şanssız rayondur" - desək yanılmarıq.
Bunu deməyə bizə Ənvər Seyidəliyevin, sonra rəhmətlik Vahid Tağıyevin dövründə olan narazılıqlar, daha sonra haqqında bu qədər sakin şikayətləri və narazılıqları olan Rövşən Bağırovun oraya başçı təyin olunması əsas verir.

Əslində Lerik rayon sakinləri "dərindən nəfəs alsa"lar da, Ağsu rayon sakinlərinin yeni başçıya böyük ümidləri var.

Amma, görünən o ki, Rövşən Bağırov "iş prinsiplərini" dəyişmək niyyətində deyil. Yəni, eyni "qayda" ilə Ağsu rayonunda da fəaliyyət göstərməyə qərarlıdır.

Belə ki, yeni vəzifəyə təyin olunmasından cəmi bir ay keçməsinə baxmayaraq, R.Bağırov artıq sakinləri qəbul etmək üçün müavinlərini görəvləndirib.

Redaksiyamıza Ağsu rayon Zərqava kənd sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur.

F. Məmmədov müraciətində bildirir ki, ailəlidir. 3 azyaşlı övladı var. Özü və həyat yoldaşı işsizdir. Ünvanlı sosial yardım da almır. Beş nəfərdən ibarət ailə 80 AZN-lik təqaüdlə yaşamaq məcburiyyətindədir ki, bu məbləğ də heç kommunal xərcləri ödəmir.

Qeyd: Xatırladaq ki, Fəyyaz Məmmədov bir neçə il bundan öncə də redaksiyamıza işsiz olduğu və yaşamağa evi olmadığı barədə müraciət etmişdi. O zaman Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edirdi. Bütün bu problemlər redaksiyamızda dəfələrlə işıqlandırıldıqdan, aidiyyəti qurumların diqqətinə çatdırıldıqdan sonra nəhayət ki, Fəyyaz Məmmədova Dövlət büdcəsi tərəfindən mənzil inşa edildi. Eyni zamanda F. Məmmədov Ağsu Mənzil kommunal təsərrüfat birliyində işlə təmin olunmuşdu.

Lakin, F. Məmmədov bu dəfəki müraciətində bildirir ki, sahib olduğu işindən 15 ay işlədikdən sonra səbəbsiz yerə azad edilib.
Yenidən işlə təmin olunması üçün Ağsu rayon İcra Hakimiyyətinə, Məşğulluq idarəsinə dəfələrlə yazılı və şifahi, həmçinin 3 azyaşlı övladının yaşayışını qismən də olsa təmin etmək üçün ünvanlı sosial yardım almaq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.

F. Məmmədov bir müddət başçısız qalan rayona yeni İcra başçısı təyin olunan kimi böyük ümidlə üz tutub rayon İcra Hakimiyyətinə. Təəssüf ki, Məmmədovun başçı ilə görüşüb, dərdini danışmaq arzusu ürəyində qalıb. Belə ki, dəfələrlə Rövşən Bağırovun qəbuluna düşməyə çalışsa da buna nail ola bilməyən F. Məmmədov deyir ki, İcra Hakimiyyəti binasının qarşısında hər gün başçı ilə görüşmək istəyən, lakin elə F. Məmmədovun özü kimi bu istəyi daşa dəyən 10-larla sakin toplaşır.

P.S: Vətəndaş müraciətində qeyd olunanlar barədə qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Mirzəliyeva Sevil Səməd qızı ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, Sevil xanım dəstəyi qaldırmadı.

Daha sonra Ağsu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev ilə telefon əlaqəsi saxladıq.

V. Atakişiyev məsələyə belə aydınlıq gətirdi ki: - "Başçı təzə gəlib, hələ heç kimi tanımır. Ona görə qəbululəngidir. Qoy camaatı, idarə müdirlərini yaxşı  tanısın ki, kimsə müraciət edəndə o idarə müdirini qaldırıb ayağa desin ki, bunu elə. Əsasən buna görədir.Qəbul olunacaq. Qoy biraz vaxt keçsin."

F.Məmmədovun səbəbsiz işdən çıxarılması barədə gileyinə isə V. Atakişiyev cavab verdi ki:

"Ola bilməz. Yəqin o Nazirlik tərəfindən təqdim olunan siyahıya əsasən müvəqqəti, 1 illik müqavilə ilə işə götürülübmüş. Ola bilsin ki, müqaviləsi bitib deyə işdən çıxarılıb. Siz yenə də idarəyə zəng edin, deyin mətbuata kim baxır, onunla əlaqə saxlayın o sizə deyəcək nədir, nə deyil."

Biz də Vüqar müəllimin "tapşırığı"na əsasən Ağsu rayon İcra Hakimiyyətinin şəxsi internet saytında qeyd olunan telefon nömrəsindən İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi İnayətov İzay Məntiq oğlu ilə əlaqə saxlamağa çalışdıq. Lakin, təəssüflər olsun ki, telefona İzay müəllimdən başqa bir neçə şəxs cavab verdi.

Demək, ilk olaraq özünü həmin şöbənin əməkdaşı kimi təqdim edən Zülfiyyə adlı xanım cavab verdi ki:
- "İzay müəllim qonşu otaqda oturur. Amma, hazırda işlə bağlı idarədə deyil."
Elə ağzımızı açıb suallarımızı Zülfiyyə xanıma vermək istəyirdik ki, dəstəyin o biri tərəfində səs dəyişdi. Xanımın səsi, başqa səslə əvəz olundu.

- "Buyurun. Eşidirəm."

Həmin şəxsin kim olduğunu soruşduqda: - "İcra Hakimiyyətinin Baş məsləhətçisi Ümid müəllimdir." - deyə cavab aldıq.
F. Məmmədovun şikayətləri barədə suallarımızı Ümid müəllimdən də soruşduq.

Ümid müəllim cavab verdi ki:

- Bizdə hər gün qəbul var. Başçının öz qəbul günü 5-ci gündür. O günlər qəbul edir.

Vüqar müəllim başçının köməkçisidir. Başçı ilə birbaşa kontaktda olan insandır. O necə deyibsə, elədir.

Sözün açığı məsələnin nə yerdə olduğunu biz bilmirik. Mən yenə də məsələni araşdırım, sabah sizə məlumat verəcəyik."

Ümid müəllim ilə söhbətimizdən az qala bir həftə keçir. Lakin, təəssüflər olsun ki, Ağsu rayon İcra Hakimiyyətindən heç kim nə şikayətçi F. Məmmədovun özü, nə də redaksiyamız ilə hələ də əlaqə saxlamayıb. Bu da Ağsu rayon İcra Hakimiyyətinin mətbuata və yerli sakinlərə hansı münasibətdə olduğunun birbaşa göstəricisidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam