Xırdalanda 2 saylı orta məktəbin direktoru Ədalət Camalovanın təhlükəli biznesi-FOTOLAR
Uşaqlar bizim gələcəyimizdir! Gələcəyimizi hər cür təhlükələrdən qorumaq isə bizim borcumuzdur.
Yenixeber.org: Biz valideyinlər ömrümüz boyu övladlarımızın arzu və istəklərini onlara yaşatmaq üçün çalışırıq. Bəllidir ki, uşaqların arzu, istəkləri o qədər əlçatmaz deyil. Onların ən çox istədikləri parka getmək, əylənməkdir. Biz də valideyin olaraq övladlarımızın sevincinə səbəb olacaq bu əyləncəni onlara yaşatmağa çalışırıq.
Təhlükəsizliklərini də nəzərə almaq şərtilə!
Lakin, təəssüflər olsun ki, bəzən nəfsi gözündən daha iti olan, pulu düşünərkən işinin əsas məsuliyyətini unudan sahibkarlar üzündən övladlarımız elə əylənərkən ya həyatını itirir, ya da sağlamlığını.
Buna misal olaraq 2014- cü ildə Qobustanda baş verən, 1 uşağın ölümü və bir neçə uşağın ağır xəsarət alması, həmçinin “Nabran İstirahət mərkəzi”ndə 1 azyaşlının ağır xəsarət alması ilə nəticələnən atraksion qəzalarını xatırladırıq.
Ümumiyyətlə, bu kimi qəzalara dünya mətbuatında çox rast gəlinir.
Əslində təəssüflər olsun ki, yuxarıda da qeyd etdiyimiz kimi məsuliyyətsiz sahibkarlar üzündən bu hallar Azərbaycanda da bir neçə dəfə yaşanıb, lakin hansı vasitələrləsə mediadan gizlədilib.
Amma, atalar yaxşı deyib: "Yerin də qulağı var."
Daha bu atraksion sahibkarları düşünmür ki, baş vermiş hadisələri ört-basdır etmək onların vicdanına paklıq gətirmir.
Bu kimi həyati əhəmiyyətli atraksionlar hər gün istifadəyə verilmədən öncə texniki baxışdan keçirilməli, ən azından istismar müddətini başa vurmuş texniki avadanlıqları yeniləri ilə əvəz olunmalıdır.
Mövzuya başlamazdan əvvəl redaksiya olaraq bu cür həssas münasibət bildirməyimiz həm valideyin, həm insanlıq, həm də bizi izləyən, redaksiyamızın məlumatlarından yararlanan izləyicilərimizə, eyni zamanda peşəmizə olan borcumuzdan qaynaqlanır.
Elə söz atraksion qəzalarından düşmüşkən bir etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumatları sizlərin diqqətinizə çatdırmaq istəyirik.
Demək, redaksiyamıza yaxın keçmişimizdə adı media gündəmində rüşvətxorluqda, şagird intiharı kimi kriminal hadisədə, həmçinin məktəbi şəxsi mülkü kimi öz qanunları ilə idarə etməsi məsələlərində hallanan Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalova haqqında daha bir məlumat daxil olmuşdur.
Daxil olan məlumatda bildirilir ki, Xırdalan şəhər Heydər Əliyev adına parkda fəaliyyət göstərən atraksionlar 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalovaya məxsusdur.
Daha sonra bildirilir ki, həmin atraksionların bəziləri istismar müddətini başa vurmasına baxmayaraq, müəyyən texniki avadanlıqları belə dəyişdirilmədən fəaliyyətini hələ də davam etdirir.
Hətta, etibarlı mənbədən əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, ötən il həmin istismar müddətini başa vuran atraksionlardan biri aşıb və bir uşaq ağır xəsarət alıb.
Sözügedən atraksionların fəaliyyət göstərməsi barədə isə heç bir rəsmi sənədlər olmadığı, Ədalət xanımın bu fəaliyyətinə görə dövlət vergisindən yayınmağı da məlumatlarda qeyd olunur.
Mənbə bildirir ki, Ədalət xanımın parkdakı "əyləncə biznesi"nə tir atıcılığı da daxil idi. Yenicə qədəm qoymuş 2021-ci ilin belə artıq Ədalət xanımın atraksion biznesində acı, xoşagəlməz bir xatirəsi var.
Belə ki, əylənmək istəyən bir nəfər parkda tir tüfəngini "tir atıcılığı" üçün müəyyən edilmiş ərazidən kənara çıxarıb istifadə edərkən, ehtiyatsızlıq üzündən parkda istirahət edən bir şəxsi gözündən yaralayıb.
Gözündən ağır yaralanan şəxs müalicəsi üçün Türkiyəyə aparılıb. Hazırda müalicəsi davam etdirilir.
Bundan əlavə Ədalət xanımın Şəki və Balakən rayonlarında böyük torpaq sahələri və əyləncə mərkəzi də olduğu məlumatlarda əks olunmuşdur.
Orta məktəb direktorunun sahib olduğu vəzifənin maaşı ilə bu qədər mülk əldə etməsi və bizneslər qurması özü hər kəsdə maraqla bərabər şübhə də doğuran məsələdir.
Odur ki, redaksiyamıza daxil olan bu kimi məlumatlar bizim də təəccübümüzə səbəb oldu.
Verilən bütün məlumatlara aydınlıq gətirməsi, eyni zamanda KİV haqqında qanunun müvafiq tələbinə uyğun olaraq qarşı tərəfin də mövqeyini öyrənmək üçün Ədalət xanım Camalova ilə telefon əlaqəsi saxladıq.
Redaksiyamıza daxil olan məlumatları Ədalət xanıma bildirib, münasibətini soruşduq.
Ədalət xanım bütün məlumatları təkzib etdi və bildirdi ki:
"Atraksionlar mənim deyil, oğluma məxsusdur. Oğlum həddi-buluğa çatmış, 40 yaşında yetişkin insandır. Onun işlərinin mənə heç bir aidiyyatı yoxdur.
Tir məsələsi ilə bağlı heç bir məlumatım yoxdur. Elə bir şey olmayıb. Olsaydı mən bilərdim."
(QEYD: Etibarlı mənbənin verdiyi məlumatda o da bildirilir ki, baş vermiş qəzadan sonra Tir əyləncəsi ümumiyyətlə parkdan götürülüb. Daha fəaliyyət göstərmir.)
- "Oğlunuza məxsusdursa, o zaman Atraksionların sənədləşməsi də oğlunuzun adınadır yəqin ki?" sualımıza isə Ədalət xanım.
- "Hə. Bilmirəm kimin adınadır." Deyə cavab verdi.
(Qeyd: yuxarıda da qeyd etdiyimiz kimi mənbə Atraksionların heç bir qanuni sənədləşməsi olmadığı barədə məlumat vermişdi.)
Ədalət xanımın sənədləşmə ilə bağlı özünün belə tərəddüdlü cavabı məlumatların hardasa doğru olmasına bir işarə təsirini bağışlayır əslində.
Xanım Şəkidə və Balakəndə sahib olduğu biznes və torpaq sahəsi ilə bağlı məlumata isə belə aydınlıq gətirdi ki:
"Şəkidə heç bir əyləncə mərkəzim yoxdur. Balakəndə evim var. Orada da övladım yaşayır. Vəssalam."
Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi Ədalət xanım haqqında olan bütün bu məlumatlar Etibarlı mənbə tərəfindən redaksiyamıza daxil olmuşdur.
Biz də daxil olmuş məlumatları da, həmçinin qarşı tərəfin mövqeyini də dərc etdik.
Məsələni daha dərindən araşdırıb, dəqiqləşdirmək və əgər varsa mövcud problemləri aradan qaldırmaq üçün isə yəqin ki, aidiyyatı qurumlar müvafiq tədbirlər görəcəkdir.
P.S: Sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən sorğular hazırlanır.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.(DogruXeber.az)