Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"ATLANTİK SERVİS-A" MTK-nın rəhbərindən PREZİDENTƏ ŞİKAYƏT+FOTOLAR

 

"Ümid edirik ki, Əlsahib Hüseynovun bütün qanunsuz əməllərinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək"

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 435-443 (Naxçıvanski 81) ünvanında yaşayan çoxsaylı sakinlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! İlk növbədə Sizə Azərbaycan xalqı qarşısında göstərdiyiniz əvəzsiz xidmətlərinizə və doğma Qarabağımızın yağı düşmənlərdən azad edilməsində Ali Baş Komandan olaraq göstərdiyiniz qətiyyətə və bu çətin yolda yazdığınız şərəfli tarixə görə əvvəlcədən öz dərin minnətdarlığımızı bildiririk. Hesab edirik ki, hər birimiz vətəndaş olaraq Sizə hər zaman mənəvi dəstək olmaqla yanaşı, apardığınız uğurlu siyasətin müsbət nəticələri və yüksəkdə dayanan milli dövlətçilik ideyalarınızın yeni nəslə aşılanması işində yaxından iştirak etməyimizi özümüzə mənəvi borc bilməliyik.

Hörmətli cənab Prezident! Özünüzün də həmişə qeyd etdiyiniz kimi, bütün sahələrdə, o cümlədən də məmur-vətəndaş münasibətlərinin düzgün şəkildə qurulması və şəffaflığın tam şəkildə təmin olunması istiqamətində atılan müsbət addımlar biz vətəndaşlara xoş ümidlər verməklə bərabər, hər birimizdə xoşbəxt gələcəyə böyük inam yaradır. Bu üzdən də həmişə olduğu kimi, müəyyən probləmlərmizi daim Sizinlə bölüşür, həmin probləmlərin həlli istiqamətində çıxış yollarını birgə axtarır və həmişə də müsbət nəticələrin əldə olunmasına nail oluruq.

Hörmətli cənab Prezident! Bir məsələni böyük ürək ağrısıyla Sizin diqqətinizə çatdıraraq, bildiririk ki, yaşadığımız Nizami rayonu, Naxçıvanski 435-443 ünvanında böyük bir əhaliyə qənim kəsilən “ATLANTİK SERVİS-A” MTK-nın rəhbəri kimi təqdim olunan Əlsahib Hüseynovun uzun illərdir ki, ədalətsiz və həddi-hüdudu bilinməyən hüquqsuzluqları ilə qarşı-qarşıya qalmışıq və adıçəkilən şəxsin bütün əməllərini analoqu olmayan dələduzluq faktı kimi qəbul edirik. Belə ki, yuxarıda adını qeyd etdiyimiz MTK hal-hazırda hansı şəxsin adına qeydiyyatdan keçməsindən asılı olmayaraq, əraziyə ağalıq edən Əlsahib Hüseynovun öz üzərinə düşən vəzifələri yerinə yetirməməsinin yaratdığı mənfi nəticələrin sakinlərdə yaratdığı kütləvi narazılıqlar ilə əlaqədar olaraq etdiyimiz rəsmi müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Bundan sonrakı mərhələdə, 2019- cu ilin sonlarında Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı etdiyimiz məlum şikayətlərə görə yaşadığımız əraziyə gəlmiş və müəyyən qanunsuzluqların qarşısı qismən də olsa alınmışdır. Təxminən iki il bundan əvvəl BŞİH başçısı Eldar Əzizovun göstərişinə əsasən, rayonun keçmiş rəhbərliyinin yaşadığımız ünvana gəlməsi və yeni tikilinin baş planına əsasən nəzərdə tutulmuş qaydada əhalinin rahat yaşamasının təmin etmək məqsədilə qanunsuz olaraq, qarajların sökülməsini və yerində hərhansısa tikintinin həyata keçirilməsinin qarşısı alınmışdır. Xüsusi olaraq onu da vurğulamaq istəyirik ki, bu uğur Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, şəxsən Sizə edilən rəsmi müraciətdən sonra qazanılmışdır.

Bütün bunlara baxmayaraq, yenə də böyük ürək ağrısıyla bildirmək istəyirik ki, yaşadığımız yeni tikilmiş olan bina ilk istifadəyə verilən gündən, təxminən 10 il bundan əvvəl binanın sahibi Əlsahib Hüseynov tərəfindən bizə şirin vədlər verilmiş, bütün infrastruktur sahələr üzrə xidmətlərin yüksək səviyyədə aparılacağı və binanın həyətyanı sahəsində uşaqların və yaşlı insanların dincəlməsi üçün yaşıllıq zolaqlarının salınacağı ilə yanaşı, müəyyən hissədə ağaclar əkilərək, sakinlərin rahatlığı üçün münbit şəraitin yaradılacağı bildirilmişdir. Bildirmək istəyirik ki, burada verilən vədlər kiçik bir parkın yaradılmasını da özündə ehtiva edirdi. Lakin bir müddətdən sonra, bir-neçə il əvvəl Əlsahib Hüseynov öz böyük imkanlarından və yüksək həyat şərtlərindən istifadə edərək, həmin ərazidə Dövlət şəhərsalma norma və qaydalarına zidd olaraq yeni bir binanın tikilib istifadəyə verilməsi faktını bir çox normativlərə zidd və insanlarımızın bir daha aldadılması kimi qiymətləndiririk. Hətta ikinci qanunsuzluğa imza atarkən, qanunsuz olaraq yeni binanın tikintisinə başlayarkən, yenə də üç yüzdən çox ailəni aldadaraq, qarşı tərəfdə kiçik bir ərazidə yerləşən köhnə qarajların yerində əhalinin istirahəti üçün park saldıracağına söz verərək, yenə də sakinlərin qarşısında öhdəliklə çıxış etmişdir. Hal-hazırda yaşadığımız ərazi tam olaraq qapalı bir məkana çevrildiyi halda, yenə də öz əməllərini davam etdirən Əlsahib Hüseynov binanın giriş hissəsində kiçik bir ərazidə köhnə qarajların yerində iaşə obyektləri tikmək qərarına gəlib və müəyyən tikinti işlərinə start veriləcəyi haqda bəzi məlumatları öz adamları tərəfindən rəvan səkildə sakinlərə ötürür. Biz isə bir daha bu kimi qanunsuz hallara göz yummaq fikrində deyilik və Sizə güvənərək, vətəndaşlıq hüquqlarımızın qorunması istiqamətində apardığımız bu haqq mübarizəsində sona qədər gedəcəyik və inanırıq ki, məhz Sizin məsələyə müdaxiləniz nəticəsində bütün baş vermiş hadisələrə və qanunsuzluqlara aidiyyəti qurumlar tərəfindən hüquqi qiymət veriləcək və sonda həmişə olduğu kimi, ədalət zəfər çalacaq.

Hörmətli cənab Prezident! Hesab edirik ki, Sizə ünvanladığımız bu rəsmi müraciətin bir nüsxəsini də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmək zərurəti yaranır və ümid edirik ki, adını çəkdiyimiz bütün dövlət qurumları məsələyə obyektiv şəkildə münasibət bildirəcək, Əlsahib Hüseynovun bütün qanunsuz əməllərinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Ümid edirik ki, aparılan araşdırmalar zamanı 10 ildən çox bir müddətdə onun kommunal xərclər adı altında hər bir mənzildən yığdığı pul vəsaitlərinin hara xərcləndiyinə aidiyyəti qurumlar tərəfindən yaradılacaq komissiya tərəfindən aydınlıq gətiriləcək və səbəbsiz yerə vətəndaşlardan yığılan pullar geriyə qaytarılacaq. Hesab edirik ki, prosesin tərkib hissəsi olaraq, aidiyyəti qurumlar tərəfindən illərdir ki, sakinlərə boş vədlər verən Əlsahib Hüseynova fotoşəkillərdən də göründüyü kimi, müasir Bakımızın ümumi görünüşünə xələl gətirən bir ərazidə qanunsuz olaraq iaşə obyektləri inşa etdirməsi əvəzinə, onun özünün də uzun illərdir ki, verdiyi vədlərə və götürdüyü öhdəliklərə uyğun olaraq həmin ərazidə sakinlərin rahatlığını təmin etmək üçün oturacaqların quraşdırılması və kiçik bir parkın salınması istiqamətində addımlar atması və sakinləri razı salması ona ciddi şəkildə izah edilməlidir. Və bu problem öz həllini birdəfəlik tapmalıdır.

Hörmətli cənab Prezident! İnanırıq ki, müstəqil dövlətimizin adını daha da zirvələrə qaldırdığınız və bir daha qürurla söyləyirik ki, doğma Qarabağımızı işğaldan azad edərək, adınızı tarixə qızıl hərflərlə yazdığınız bir zamanda, bizləri mövcud siyasi hakimiyyətdən narazı salmaq istəyən qara qüvvələrə və bəzi primitiv düşüncə sahiblərinə bu rəsmi müraciətimiz bir dərs xarakteri daşıyacaq və hər bir şəxs, məmur qanun qarşısında öz məsuliyyətini dərindən dərk edəcək.

Sizə əvvəlcədən bir daha öz dərin minnətdarlığımızı bildiririk".

Müraciətlə bağlı "ATLANTİK SERVİS-A" MTK-nın rəhbəri Əlsahib Hüseynovun münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.("Tezadlar")
E.ŞİRİNOV

"ATLANTİK SERVİS-A" MTK-nın rəhbərindən PREZİDENTƏ ŞİKAYƏT

"ATLANTİK SERVİS-A" MTK-nın rəhbərindən PREZİDENTƏ ŞİKAYƏT

"ATLANTİK SERVİS-A" MTK-nın rəhbərindən PREZİDENTƏ ŞİKAYƏT

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam