Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Sputnik Azərbaycan” erməni maraqlarına xidmət edir, bağlanmalıdır – Ekspertlərdən SƏRT AÇIQLAMA

 

Yenixeber.org: Qarabağda Vətən müharibəsinin başlaması ilə medianın da üzərinə böyük məsuliyyət düşüb. Cəbhədən operativ və doğru-dürüst informasiyaların çatdırılması ilə yanaşı mətbuat həm də milli maraqların qorunması işində alqışlanacaq fəaliyyət sərgiləməkdədir.

Bununla belə, bu informasiya savaşında "axsayan” media qurumlarına da təsadüf edilir. Bəli, söhbət yenə Azərbaycandakı fəaliyyəti dəfələrlə tənqid olunmuş "Sputnik Azərbaycan” saytından gedir. 

Məlumat üçün bildirək ki, saytın Ermənisatan bürosunda durum tamamilə fərqlidir. Belə ki, "Sputnik Armeniya” açıq şəkildə Ermənistanın terrorçu maraqlarını müdafiə edir.

Maraqlıdır, bəs "Sputnik Azərbaycan” hansı səbəbdən Azərbaycanın haqlı savaşına lazımı informasiya dəstəyi göstərmir?

 

Məsələ ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikrini öyrənmişik:

 

Hüquqşünas Aslan İsmayılov adıçəkilən saytın birbaşa erməni maraqlarına xidmət etdiyini bildirib:

 

 

"Mən dəfələrlə demişəm ki, "Sputnik Azərbaycan” birbaşa erməni maraqlarına xidmət edir. Bu sayt mütləq bağlanmalıdır. Çünki saytın rəhbərliyində dayanan şəxs ermənidir və apardığı təbliğat da illərlə erməni maraqlarına xidmət edib. O saytda azərbaycanlı ruhu olan hər kəsi işdən qovublar. 

Bu sayt Əli Həsənovun tör-töküntüsüdür və hələ də qalmaqdadır. Onu da deyim ki, onları belə açıq tənqid etdiyim üçün sayt rəhbərləri mənə zəng edib açıq açıq hədə-qorxu da gəliblər”.

 

İTV kanalının əməkdaşı Heydər Mirzə isə hesab edir ki, vətənpərvər olub-olmamaq qanunla nəzərdə tutulan prosedur deyil, bu hər bir media rəhbərliyinin öz vicdanına qalan məsələdir:

 

 

"Bu saytı mütəmadi olaraq oxuyuram. Açığı onların redaksiya siyasəti haqqında heç nə deyə bilmərəm. Hər redaksiyanın öz siyasəti var. Yerli mediada siyasi baxışlardan asılı olmayaraq, vətənpərvərlik elementləri duyulur. Xariclə bağlı olan media qurumlarının siyasəti isə birbaşa bağlı olduqların ölkələrin maraqlarına tabedir. Amma ölkədə fəaliyyətdə olan ümumi media orqanlarına nəzər salsaq görərik ki, hamısı vətənpərvər mövqedən çıxış edir. "Sputnik Armenia”-nın materiallarına nəzər salsaq orada Rusiya maraqlarının müdafiə edildiyini də görərik”.

Politoloq Fərhad Mehdiyev "Sputnik Azərbaycan”-da dəfələrlə milli maraqlara uyğun olmayan materialların yayımlandığını qeyd edib:

 

 

"Mən şəxsən "Sputnik Azərbaycan” saytına baxmıram. Bu sayt Azərbaycan media sahəsində onun sahiblərinin və vaxtı ilə havadarlıq edənlərin qarşılarında qoyduğu məqsədə çatmayıb. Çünki həm populyarlıq, həm də eksklüziv materialların verilməsi baxımından çox zəif resursdur. Saytın indiki məqamda belə bir mövqe sərgiləməsi ictimai qınaq obyektinə çevrilməlidir. Hər hansı bir xarici informasiya agentliklərinin yerli bürolarının məqsədi ilk növbədə yerli auditoriyanın rəğbətini qazanmadqır.

"Sputnik Armenia” və bu saytın digər ölkələrdə olan büroları məhz bu məqsədi əsas götürürlər. Amma "Sputnik Azərbaycan”-da dəfələrlə milli maraqlara, vətəndaş maraqlarına uyğun olmayan materiallar yayımlanıb. Bu da öz növbəsində əks reaksiya doğurub. Əgər bu saytın sahibləri Azərbaycanda bu strategiyanı yürüdürlərsə və bu səmərəsizdirsə, deməli, boş yerə pul xərcləyirlər”.

(sfera.az) 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam