Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Obama İrana qarşı fövqəladə vəziyyəti daha bir il uzadıb

 

barak obama

        ABŞ prezidenti Barak Obama Senata və Nümayəndələr Palatasına məktub yazaraq İrana qarşı fövqəladə vəziyyəti daha bir il uzatdığını bildirib.

       "Xeberinfo.com": İrana qarşı fövqəladə vəziyyəti 1979-cu ildə prezident Ceyms Karter tətbiq edib. Həmin vaxtdan ABŞ prezidentləri hər il onun müddətini uzadır.

    “Media forum” saytının məlumatına görə, Obamanın Konqresə məktubunda deyilir: “ABŞ-la İran arasında münasibətlərin hələ də adi vəziyyətə qayıtmadığını və 1981-ci ildə İranla imzalanan razılaşmadakı bütün müddəaların tam icra olunmadığın nəzərə alaraq İrana qarşı milli fövqəladə vəziyyətini daha bir il uzadıram”.

      Tehranla Vaşinqton 1981-ci ildə Əlcəzairin vasitəçiliyi ilə razılaşma imzalayaraq ABŞ-ın İrandakı səfirliyinin işğal olunması və amerikalı diplomatların girov götürülməsindən yaranan böhrana son qoydular. Lakin həmin razılaşmadakı bəzi müddəaların icrası xüsusunda fikir ayrılığı və ixtilaflar olduğuna görə tərəflər yaranmış problemi bu günə qədər tam həll edə bilməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam