Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

“…Böyük müharibə hazırlanır, ABŞ Azərbaycana təzyiqlər edəcək” –Müsahibə

 

Hikmət Hacızadə
Hikmət Hacızadə

 “Ağ Ev” sahibi Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regiona səfərində Bakıya da gəldi və prezident İlham Əliyevlə görüşdü. Lakin ABŞ rəsmisi yerli müxalifətlə və fərqli fikirli fəallarla müzakirələr aparmadı. Niyə?

Yenixeber.org: Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə müsahibəsində gündəmdə olan aktual məsələlər və aşağıdakı sualımızla bağlı danışıb:

 –    Hikmət bəy, bundan əvvəl də Almaniya kansleri Angela Merkel ənənəvi müxalifət liderləri ilə görüşmədi, indi də Trampın müşaviri…Səbəb nədir?

–  Burada iki mühüm amil var: ilk növbədə Azərbaycanın müxalifətini o qədər sıxıblar ki, həm fiziki, həm siyasi baxımdan artıq o qüvvəyə malik deyil. Nə demək istədiyimi yəqin başa düşürsünüz.

Ona görə fikirləşirlər ki, onlarla hesablaşmamaq da olar. Digər tərəfdən, bizim hökumət müxalifətlə görüşlərə qısqanclıqla baxır.

İkincisi, Azərbaycanın strateji və iqtisadi vəziyyəti Qərb üçün o qədər vacibdir ki, mehribançılıq, insan hüquqları və s. məsələlər ikinci plana keçib. Necə ki, həmişə belə olub.

Bundan başqa, təkcə enerji məsələləri deyil, cəmiyyət də zəifdir. Bizim neftimiz bəlamızdır. Neft pulları hakimiyyətdədir və istədiyi qüvvələrə paylayır, onlar azadlıqların boğulmasında iştirak edirlər. Əks halda biz də Gürcüstan və Ermənistanda olduğu kimi etirazlı cəmiyyətlə rastlaşardıq.

Bizdə demokratiya iqlimimizə, kartof, narımıza, sərvətlərimizə qurban verilib. O baxımdan indi Boltonu maraqlandırmır ki, jurnalistin fəaliyyətinə bu ölkədə nə qədər şərait yaradılıb.


“Gürcüstanda və Ermənistanda müxalifət Azərbaycandakı kimi zəif deyil”


 

–  Amma Gürcüstan və Ermənistanda Qərb diplomatları müxalifətlə görüşür, bizdə yox…

 –  Gürcüstanda və Ermənistanda müxalifət Azərbaycandakı kimi zəif deyil. Ermənistanda müxalifət artıq iqtidar gəlib. Bu ölkələrdə iki hakimlik var. Azərbaycan İrana sanksiyalar və hərbi əməliyyatlar üçün ABŞ üçün çox əlverişli ölkədir. Böyük müharibə hazırlanır.

 –   Sizcə ABŞ İranı vurmağa hazırlaşır?

–  Müharibə başlaya bilər, amma zənnimcə İran geri çəkiləcək. Tramp və respublikaçılar qətiyyətli adamlardır. Respublikaçıların xarakteri var və geri çəkilməyəcəklər. Onlar Obama və Klinton kimi deyillər.

 –  Hesab edirsiniz ki, Azərbaycan ABŞ-ın İranı vurması üçün aerodroma çevrilməsinə razılıq verəcək?

– Bunu konkret məsələ qalxanda görəcəyik. Müharibəyə strart verilsə Azərbaycana təzyiqlər başlanacaq, yola gətirməyə çalışacaqlar, müxtəlif üsullarla təzyiq göstəriləcək. Onda deyiləcək ki, sənin bu ərazilərdə villaların, bu ofşor zonalarda hesabların var, burda insan haqları pozmusan, burda vətəndaşların hüquqları tapdanıb və s.

 –  Necə fikirləşirsiz, Bolton Bakıdan razı gedib?

– Mən dəqiq məlumat verə bilmərəm. Azərbaycan İrandan qorxur. Lakin Boltonla söhbət ümumi ola bilər ki, əgər Amerika müharibəyə başlasa, İran məsələsində dəstək verə bilərik.


“Amerika üçün strateji məsələlər vacibdir və “Azadlıq” radiosunu qurban verə bilir”


 

 –  Ona görə də bu strateji faktorlar Boltonun müxalifətlə görüşüb ölkənin daxili məsələlərini öyrənməsini arxa plana atdı?

–  İstənilən ölkədə və eləcə də Amerikada prinsip belədir ki, əvvəlcə evin içi, sonra çölü. Bolton da səfərində müzakirəyə öz məsələlərini qoyur, sonra soruşur ki, görək siz nə edirsiniz…

Amerika bunu qanuna salıb. Amerikada yardım haqqında qanun yaradılıb. Qanunda göstərilir ki, başqa ölkələrdə insan haqlarının pozulmasına susmamalıyıq.

Amma insan haqları pozulan bu ölkə strateji maraqlarımız üçün əhəmiyyətlidirsə, prezident konqresə deyəcək ki, o ölkənin prezidentə dəyməyin. Ona görə əvvəlcə hərbi, pul və sonra insan haqları gəlir.

Necə ki, konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosunun qapısı möhürlənəndə Amerika səsini çıxarmadı. Onun üçün strateji məsələlər vacibdir və radionu qurban verə bilir, insan haqları ilə bağlı Azərbaycanla kəllə-kəlləyə gəlmək istəmir. O demək deyil ki, gücü çatmır.

Amerika deyir ki, bu strateji məsələlərə görə hələ dözək. Ona görə müxalifətlə niyə görüş olmur sualını verərkən soruşmalısınız ki, “Azadlıq” radiosu niyə bağlandı….Emil Salamoğlu/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam