Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

“Həkim mənə dedi ki, “İsa bəy, artıq hərəkətə keçməlisiniz””– AÇIQLAMA

“Həkim mənə dedi ki, “İsa bəy, artıq hərəkətə keçməlisiniz””

 

"Dostlar, salam. Sizin üçün çox darıxdım. Bilirəm ki, siz də mənim üçün darıxmısınız.
Xəstələndiyim və müalicə aldığım günlərdə hər an dəstəyinizi hiss etdim"

 

Yenixeber.org: Bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Türkiyədən müalicədən qayıtdıqdan sonra Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsa Qəmbər Azərbaycan və Türkiyə həkimlərinə, tibb işçilərinə təşəkkürünü bildirib. O, eyni zamanda silahdaşlarına da minnətdarlıq edib:

"Bu müddətdə ziyarətlərinizə, xoş arzularınıza, dualarınıza və köməyinizə görə var olun!
Hacettepe klinikasında olduğum üç həftə ərzində birinci həftə dəyərli dostlarım Arif hacılı (o həm də məni Bakıdan Ankaraya çatdırdı) və İsa Yaşar Tezel, ikinci həftə xanımım Aida Qəmbər, üçüncü həftə oğlum Turqut Qəmbər bir an belə başımdan ayrılmadılar.
Heç kimin zəhmət çəkməməsini təkrar-təkrar xahiş etməyimə baxmyaraq dəyərli böyüyümüz Cəmil Ünal başda olmaqla Azərbaycan Kültür Dərnəyi üzvleri, soydaşlarımız və Türkiyənin önəmli dövlət və siyasət adamları məni bir gün belə yalnız buraxmadılar.
Bütün adları qeyd etmək mümkün deyil, amma övladları ilə birgə məni az qala hər gün yad edən Xanım Xəlilovanı və köhnə dostumuz Könül Şamilqızını qeyd etməliyəm".

İsa Qəmbər onu da əlavə edib ki, Bakıdan onu ziyarət etmək istəyənlərin əksiriyyətinin qarşısını ala bilsə də, əski dostum Pənah Hüseyn yanına gəlib və iki gününü onunla keçirib.

"Yenə də hamını qeyd etməyim mümkün deyil. Gözləyə biləcəklərimdən başqa heç nə gözləmədiyim insanlardan da diqqət və dəstək gördüm, sağ olsunlar.

Ötən müddət ərzində Novruz Bayramı əsas olmaqla yaxşı nə baş veribsə hər biriniz və xalqımız üçün xeyirli-uğurlu olsun!
Pis nə olubsa keçmiş olsun!
Bu günlərdə keçdiyim son müayinədə həkimin səviyyəsinə əmin olduqdan sonra ona sual verdim:
"Həkim, mənim sağlamlığımın bərpa olunması ehtimalı nə dərəcədədir?".
Həkim səmimi və inamlı tibbi cavab verdi: "İsa bəy, siz artıq bərpa olunmusunuz, sadəcə hərəkətə keçməlisiniz".
Demək, yola davam!",- İsa Qəmbər qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam