Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ləzgi xəncəri ilə onun başını kəsəcəm”– Ramin Musayev

“Ləzgi xəncəri ilə onun başını kəsəcəm”

 

 

PFL prezidenti Ramin Musayev "Sumqayıt" - "Neftçi" oyunundan sonra sualları cavablandırıb

 

Yenixeber.org: 

- Matç haqqında nə deyə bilərsiz?

- Maraqlı və sürətli oyun oldu. Bəyənilsin.

- Klub prezidentlərinin dəyişiklikləri ilə bağlı nə düşünürsüz?

- Nə deyə bilərəm? Belə məsləhət biliblərsə, belə də olmalıdı.

- Sizcə, Premyer Liqa klublarının prezidentlərinin yerdəyişməsi qəribə deyil?

- Yerdəyişmə olmayıb axı. Əgər "Neftçi"nin də prezidenti "Sumqayıt"a keçsəydi, onda yerdəyişmə olardı.

- Yaxşı, prezidentin bir klubdan digərinə keçməsi düzgündü?

- O sualı mənə yox, keçən adamın özünə vermək lazımdı. Amma əgər belə məsləhət görülübsə ki, gedib orda çalışmalıdı, bunu artıq şərh etməyə gərək yoxdu. Görürsüz ki, "Sumqayıt" gözəl oyun nümayiş etdirir. Yəqin həmin insana olan inamdı ki, "xalq komandası" "Neftçi" ona həvalə olunub.

- Bəs bu dəyişikliyin oyundan bir gün qabaq baş tutmasını necə qəbul edirsiz?

- Əgər olmalıdısa, olacaq. Bir gün gec, bir gün tez, nə fərqi var? Mən burda qəbahət bir şey görmürəm.

-  Tərlan Əhmədovla bağlı yenə açıqlama vermisiz və onu öz üsullarınızla cəzalandıracağınızı demisiz. Üsullarınız nədi?

- Bu üsul bir ləzgi xəncəridi, kəsəcəm başını. Nə cəza verəsiyəm ee, küsürəm, bu da bəs edir ona. Dost dostdan inciməyi necə olur?

- Məsələnin kökündə nə dayanır?

- Heç nə dayanmır. Bunu niyə belə şişirdirsiz? Sadəcə xətrini istədiyim insandı, istəyirəm ki, adını yaxşı şeylərdə eşidim.

- Kamran Quliyev deyib ki, bu, bizim kluba qarşı təzyiqdi...

- Təzyiqdi? Siz ədəbiyyatı yaxşı bilirsiz? Çıxışımı oxuduz? Orda təzyiqli bir cümlə var?

- Hər halda klub prezidenti elə qəbul edib...

- Kim necə istəsə qəbul edə bilər. Mən də sizə sual verirəm, çıxışımda, kluba, işçilərinə, kiməsə təzyiq edəcək nəsə var? Deməli bu boş söhbətdi.

- Ölkə kuboku məsələsini soruşmaq istərdik...

- Kubokun finalı əvvəldən də deyildiyi kimi mayın 28-də olacaq və hamımız birlikdə gedəcəyik Qəbələyə.

- Böyükağa Hacıyev hazırda ağır vəziyyətdədi. Onu ziyarət etmisiz?

- O, mənim yanıma gəlməyib, mən də getmirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam