Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Söyüşə cavab verilməli idi, verdim”– Rəşad Sadiqov

“Söyüşə cavab verilməli idi, verdim”

 

 

"Suqmayıt"la oyunda qırmızı vərəqə alan və komandasını azlıqda qoyan "Neftçi"nin futbolçusu Rəşad Sadiqov matçdan sonra sualları cavablandırıb

 

Yenixeber.org:

- Oyun gözlədiyiniz kimi keçmədi...

- Çox çətin alındı. Rəqib ilk dəqiqələrdən pressinq eləməyə başladı. İlk qolda hakimin kobud səhvi var idi. Penalti yanlış qərar idi. Hətta Tural özü də sonradan dedi ki, epizodda qayda pozuntusu olmamışdı. Bundan sonra ruhdan düşdük, 2:0-dan sonra isə dönüş yaratmaq çətin oldu.

- Prezident dəyişkliyi komandada necə qarşılandı?

- Elə də fərq etmədi. Həmişəki kimi hazırlaşdıq. Oyuna çıxdıq və qələbə qazanmaq istəyirdik. Qazana bilmədik, məyus olduq.

- Qırmızı vərəqə haqqında nə deyə bilərsiz?

- Azarkeşlərin bu şəkildə davranması yolverilməzdi. Azərbaycan vətəndaşı bu şeyi eləməməlidi. Çox ağır söyüş söydü, onu heç bir futbolçu götürməz. Cərimə zərbəsi oldu, oyunçumuz getdi üzr istədi, hakim də "sarı" verdi. Daha bunu uzatmaq nəyə lazım idi axı? Normal söz demək olar, amma təhqirin ən pis forması olmasın da. Ona dedim ki, yaşından utan heç olmasa.

- Söyüş söyən azarkeş "Sumqayıt"ın oyunçusu Ehtiram Şahverdiyevin atası idi?

- Bilmirəm kim idi, kimin atası idi. Bunu heç kim deyə bilməz. Hakimə dedim ki, belə söyüş olmaz. Amma o əvəzində mənə "qırmızı" göstərdi. Ona normal cavab verilməli idi, mən cavab verdim.

- "Neftçi" yenə uduzdu. Bu məğlubiyyətdən sonra işlər necə gedəcək?

- Yenə deyəndə, bir az pis çıxır. Ötən oyun qələbə qazanmışdıq. Aqressiya ilə yanaşmayaq. Bizdə hər şey normaldı. Dördüncülük uğrunda mübarizə aparacağıq. "Sumqayıt"la evdə bir oyunumuz var. Aramızda elə də böyük xal fərqi yoxdu.

- İndiki məqamda sizin üçün kubok ən asan yoldu...

- Orda da davam edirik, burda da.

- Növbəti rəqib "Zirə" olacaq...

- Düzdü, mən oynamayacam. Amma onları kubokdan necə kənarlaşdırmışıqsa, elə də qələbə qazanmaq istəyirik.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam