Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

İSRAİLLİ POLİTOLOQDAN KÜRDLƏRLƏ BAĞLI SENSASİON İDDİALAR:“Amerikalılar da kürdləri satsa, onlar İŞİD-lə ittifaqa girəcəklər" - MÜSAHİBƏ

Yenixeber.org: İsrail politoloqu, Yaxın Şərq üzrə mütəxəssis, ravvin Avraam Şmuleviçin Strateq.az-ın oxucularına ixtisarla təqdim etdiyimiz müsahibəsi Ukrayna mediasında – "Apostrof"da yayımlanıb. Politoloq Rusiyanın Suriyada nə etdiyi, Türkiyənin Afrin bölgəsində kürdlərə qarşı əməliyyata niyə başladığı və Ukraynanın Türkiyə elitalarından nəyi öyrənməsinin gərəkliyindən danışıb.

 

– Türkiyə ordusu Suriyanın şimalında Afrin şəhəri bölgəsində kürd birləşmələrinə qarşı yerüstü əməliyyata başlayıb. Kürdləri amerikalıların dəstəklədiyi nəzərə alınmaqla bunun motivi nədir?

– Birinci növbədə, nə varsa, ondan baş çıxartmaq gərəkdir. Oxucuların anlaması üçün – özlüyündə kürdlər mövcud deyil. Kürdlər – 25 milyondan 45 milyona qədər nəhəng insan kütləsidir. Təkcə Türkiyədə bir-birindən yetərincə uzaqlaşmış rəsmən iki kürd dili var. Kürdlər haqqında bir tam vahid kimi danışmaq vahid slavyanlar və ya semitlər haqda danışmaq kimi bir şeydir. Kürdlər arasında, ən azı, dörd böyük din yayılıb – şiəlik, sünnilik, yezidilik və Suriya ələvilərinə yaxın ələvilik. Üstəgəl, hələ müxtəlif növ, indi Türkiyənin vuruşduğu marksistlər var.

Bütün çağdaş millətlər sənaye dövrünün və sənaye tipli dövlətlərin məhsuludur. Kürdlərin problemi bundadır ki, yaşadıqları dövlətlərdə sənaye inkişafı mərhələsindən keçməyiblər. Demək olmaz ki, kürdlərdə hazırda mövcud olan tiplərdə millət formalaşıb. Onlarda daha çox Şərq feodalizminə oxşayan qəbilələrin rolu güclüdür. Kürdlər arasında ciddi ziddiyyətlər var. Məsələn, İraq və Suriya kürdləri müxtəlifdir, hətta öz aralarında vuruşurlar, Suriya kürdləri İraq kürdlərini qaçqınlar düşərgəsində soyqırımında ittiham ediblər.

Suriya ərazisində Türkiyə sərhədinin yanında eyni şəhərin adıyla Rojava anklavı (Suriya Kürdüstanı) var. Savaşadək orada tam 500 min nəfər yaşayıb, amma çoxlu qaçqın gəldiyindən 2014-2015-ci illərdə artıq 1 milyon adamdan danışıblar. Suriya Kürdüstanının bir hissəsi Afrin şəhəri bölgəsində yerləşmiş kürdlər ideologiyaca artıq Türkiyə ərazisində türk hökumətiylə mübarizə aparan PKK təşkilatının kürdlərinə yaxındırlar. Yenə də Türkiyədə kürdlərin xeyli müxtəlif cərəyanları var. Danışırlar ki, vaiz Fətulla Gülən kürddür. Atatürk tərəfdarları arasında kürdlər var, onun ideyası isə buydu ki, kürdlər və Türkiyənin bütün milli azlıqları vahid siyasi türk millətini yaratmalıdır. Onlar kürdlərə “dağ türkləri” deyirlər, amma kürdlər türk deyil, iranlıdır (güman ki, müəllif kürdlərin irandilli olduğunu nəzərdə tutur-tərc.) PKK uğrunda çıxış edən kürdlər var, o isə Şərq feodalizmi ilə marksizmin qatışığıdır. Onların baş ideoloqu Mürrey Bukçin ABŞ-a köç etmiş Ukrayna yəhudilərinin törəməsidir. O, Qərbdə nüfuzlu solçu intellektual, anarxist, həm də, deyildiyi kimi, libertar sosialistdir (avtoritar məcburiyyət və sosial iyerarxiyaya, xüsusən də kapitalizim institutları və dövlətə  müqavimət göstərməyə həsr edilən sosialist siyasi fəlsəfələrin məcmusu-tərc.). Almaniyanın “yaşıllar” partiyası onu öz ideoloqu elan edib. O deyib ki, qısaca desək, icmaların özünüidarəçiliyi üçün güclü dövlət gərək deyil, dövləti bələdiyyə icmalarının birliyi kimi görüb.

Suriya kürdləri Şərqlə Avropa sosializminin qabaqcıl ideyalarının qatışığıdır. Bu mənada türklər bu anklavın axırına çıxsalar, heyf olacaq, çünki oradakı sosial eksperiment İŞİD-in qurduğundan daha maraqlıdır. Lakin Türkiyə PKK-sı Türkiyədən ayrılmaq uğrunda çıxış etdiyindən türklər əsaslı olaraq onları terrorçu sayırlar. Kürdlər əsasən hərbçilər və polislərə hücum edirlər, amma bəzən mülki şəxslər də həlak olurlar. Türklər PKK kürdlərini terrorçu sayır, Suriya kürdləri isə onların tərəfdaşlarıdır, əməkdaşlıqları var, ideologiya birdir. Təbii ki, türklər ehtiyat edirlər ki, tanınmamış Suriya Kürdüstanı dövləti Türkyə dövlətinə qarşı mübarizədə PKK üçün bazaya çevriləcək. Türklər heç vaxt gizlətməyiblər ki, bu cür dövlətin yaranmasına səbr etməyəcəklər.

– Amerikalılar Suriya kürdləriylə müttəfiqdirlər?

– Birincisi, amerikalılar Suriya kürdləriylə ittifaq bağlayıblar. Məlum olub ki, kürdlər Suriyadakı bütün hərbi güclərdən daha mübarizdirlər. Kürdlər, həqiqətən, İŞİD-ə qarşı durublar. Kürd gücləri İŞİD-in nəzarət etdiyi bölgələri tutublar. Demək lazımdır ki, İŞİD kürdləri sadəcə məhv edib, onları Kitab xalqı saymayıb. Bu cür islamla yəhudilər və xristianlar hələ birtəhər var ola bilərlər, qalan hamısı isə məhv edilməlidir. Yezidi kürdləri adam hesab etmirdilər. Kürdlər müdafiə olundu, Amerika silahı və müşavirlərinin yardımıyla İŞİD-i sıxışdıra bildilər. Amerikalılar bunu İŞİD üzərində qələbə elan etdilər. Amma İŞİD ərazisiz də tam şəkildə mövcuddur, kimə istəsə, hücum edir. Amma əsas şəhərlər tutulduğundan Trampın özünə “quş” qoya biləcəyindən danışmaq olar.

İkincisi, hətta amerikalılar da Suriya kürdləriylə əməkdaşlığa başlayarkən deyiblər ki, bu, müvəqqəti əməkdaşlıqdır. Amerikalılar indi Türkiyə əməliyyatının dayandırılmasını tələb etsələr də, onlar başa düşürdülər ki, türklər gec-tez bu bölgəyə girişəcəklər. Türkiyə prezidenti Ərdoğan bildirib ki, Türkiyənin hədəfi Türkiyə ilə sərhəddə kürdlərin heç bir qüvvəsinin olmayacağı 30 km-lik güvənlik zonasının yaradılmasıdır. Diqqətçəkəndir ki, Türkiyənin hücumunda təkcə türk qüvvələri deyil, həm də Rojavanın solçu kürdlərinə düşmən olan kürdlər iştirak edirlər. Türkiyə mətbuatı onları demokratik kürdlər adlandırır. Bu, kürdlərin arasında heç bir birliyin olmadığından bir daha xəbər verir.

– Bu nə ilə başa çata bilər?

– Birincisi: Türkiyə HHQ yetərincə təəssürat doğuran şəkildə işləyib. İndi yerüstü əməliyyat başlanıb. Türklər qələbədən danışırlar, lakin onların güclü irəlilədiyini demək olmaz. Hərəkət var, amma anklavın ləğvinə hələ çox var. Rojavada hərbi komissarlıqlarda növbələrin fotoşəkillərinə əsasən görünür ki, kürdlər müdafiə olunmağa hazırlaşırlar, onların silahı var.  

İkincisi: bu, solçu hərəkat, çağdaş anarxizm olduğundan Avropada güclü dəstəyi var. Artıq İsveçrə şəhərlərində onlara dəstək nümayişləri keçirilib. Avropada onlara dəstək hərəkatı başlanır. Sollar, məsələn, “yaşıl” partiyalar ABŞ-dan fərqli olaraq Avropada yetərincə nüfuza malikdir.

Üçüncüsü: Ərdoğan üçün daha bir problem Türkiyənin özüdür. Türkiyə kürdlərinin bir qismi Rojavanı dəstəklədiyindən, demək olar ki, türklərin Suriyada öldürdüyü hər bir kürd Türkiyədə kürdləri silaha əl atmağa təhrik etməsə də, küçələrə çıxaracaq. Ərdoğan və Türkiyə daxili işlər naziri artıq bildiriblər ki, türk hökuməti heç bir etiraza dözməyəcək. Mitinqə çıxan hər kəs terrorçudur. Məsələn, “Afrində qırğını dayandırın” plakatıyla küçəyə çıxmısınızsa, terrorçusunuz! Bu, Ankaranın rəsmi mövqeyidir.

Dörd il qabaq Suriya Kürdüstanına daxil olan başqa bir kürd anklavı Kobani İŞİD tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali arasında böyük qurbanlar olmuşdu, Ankara onlara yardım üçün heç nə etmədi… O zaman bütün Türkiyədə güclü kürd nümayişləri keçirildi, rəsmi məlumatlara görə, 31 nəfər həlak oldu. O zaman Türkiyənin fəaliyyətsizliyinə qarşı etiraz ediblər. Artıq fəaliyyətə qarşı etirazların necə olacağı açıq məsələdir. Yeri gəlmişkən, sol baxışlı etnik türklər də Rojavanı dəstəkləyir, hətta döyüşlərə qatılırlar.

Dördüncüsü: müharibənin sürəkliliyi. Sual var: Ərdoğan sürəkli müharibədə nə qədər maraqlıdır? Burada risklər var, amma mənim fərziyyəm bundan ibarətdir ki, Ərdoğanın sürəkli münaqişəyə girməyə  əsası var. Məsələ burasındadır ki, türk ordusu 1937-ci ildə SSRİ-dəki təmizləmələrlə müqayisə olunacaq tam kadr tar-marından keçib. Artıq yazdığım kimi, Ərdoğan NATO-da ABŞ-dan sonrakı ən böyük ordunu məhv edib. Orduya yeni rəhbərlik gəlib. Düşünürəm ki, karyera pillələrilə irəliləyişə görə istisnasız olaraq Ərdoğana və rejiminə minnətdar olacaq gənc zabitlər üçün lift yaratmaq onun üçün önəmli olardı. Müharibə kadr mənasında Ərdoğan hakmiyyəti üçün çox yaxşı olar, orduda kadr inqilabını başa çatdırmaq imkanı verərdi. Lakin bu hətta belə deyilsə, onda aydındır: türklər Afrin anklavını həqiqətən tutmaq istəsələr, bu, kürdlər və türk ordusu üçün uzunmüddətli və qanlı müharibə olacaq. Yeri gəlmişkən, kürdlər amerikalıların onları atdığını hesab etsə, İŞİD-lə ittifaqa gedə bilərlər. Əlbəttə, o zaman İŞİD yenidən canlanacaq.

– Münaqişənin daha bir iştirakçısı Rusiyanın mövqeyi necədir?

– Suriyada əməliyyat Rusiya ordusunun tam bacarıqsızlığını göstərdi. Rusiya ordusunun nüfuzunu üzdə saxlayan yeganə yer Ukraynadır. Rusiyada köhnəlmiş təyyarələr, yüksəkdəqiqlikli silahların, müasir bomba və yaxud raketlərin işləşdilmə faizi hətta Gürcüstanla müharibə dövründəki 8% -dən də azdır. RF-nin Gürcüstana qarşı müharibəsindən on ildən də qabaq “Səhrada tufan” zamanı amerikalıların yüksəkdəqiqlikli müasir bomba və raketləri 90%-ə yaxın idi. Lakin Ukrayna Rusiyanın nüfuzunu saxlayır. Məhz Ukrayna hərbi-siyasi rəhbərliyi elə hey Rusiyanın hərbi gücündən danışır, belə qorxunc imiş, RF-nin aviasiyası necə güclüymüş ki, ukraynalılar hətta müharibə də elan etmirlər, əks halda Rusiya bu aviasiyanı işə salacaqmış. Gerçəklikdə isə RF hərbi qüvvələri müasir orduya, məsələn, İsrailin və yaxud ABŞ-ınkına qarşı döyüş bacarığı yoxdur. Bir də öz ordusunu modernləşdirməməkdən ötrü əlindən gələni edən Ukraynaya qarşı da hər şey baş tutmur.

Rusiya qüvvələri Afrində yerləşmişdi, amma Ankaranın ilk tələbi üzrə çəkilib getdilər. Ruslar daha bir eybəcər iş gördülər – kürdlərə tam tərki-silah, dövlətçilikdən imtina, Əsədin hakimiyyəti altına keçməyi təklif etdilər. Guya, ruslar zəmanət verirlər ki, onda türklər Afrinə girməyəcəklər. Bu, rəzil təklifdir, onlar kürdləri heç bir təsirə malik olmadıqları türklərlə şantaj etdilər. Kürdlər Rusiyanı müdaxilədə əlbirlikdə ittiham edirlər.

Digər tərəfdən, Türkiyə öz milli maraqlarını qoruyan dövlətə çox gözəl bir nümunədir. Əlbəttə, amerikalılar Ankaranın qərarından narazıdırlar. Türklər, demək olar, birbaşa mətnlə dedilər ki, amerikalılar kürdləri dəstəkləsə, türklər amerikalılar daxil olmaqla hamıya atəş açacaqlar. Öz maraqlarını qorumaq istəyən dövlət hətta böyük dövlət ABŞ-ın və hətta Rusiyanın rəyinə rəğmən bunu edir. Bu mənada başqa elitalar Türkiyə elitasından ibrət almalıdır. Axı başqa ölkələrdə hesab edirlər ki, öz tərəfdaşlarının hətta bəyanatlarını deyil, sadəcə, eyhamlarını əsas tutmaq lazımdır. Mən bunu birinci növbədə Krım haqda deyirəm. Müasir Ukrayna hökuməti deyir ki, kimsə onlara zəng edib və eyham vurub ki, Krımı tərk etmək lazımdır, onlar da tərk ediblər… Bəs mən telefon dələduzu kimi Poroşenkoya zəng edib, "Kiyevi tərk edin" desəm?

 

Aleksandr Kurilenko

Apostrof (Ukrayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam