Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənilərlə qarşılaşmaq istəməzdik- Qurban Qurbanov

Ermənilərlə qarşılaşmaq istəməzdik

 

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib

 

Yenixeber.org: Yığıncaqdan sonra İK-nın üzvü, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib.

- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdi, yoxsa təsadüf?

- İlk yoxlama görüşümüz Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

- Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi?

- Rayonlardakı stadionlara baxmaq lazımdı. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidi.

- Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?

- Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindi. Çalışacağıq ki, oyunların sayı çox olsun.

- Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?

- Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

- Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?

- Çətinlik çəkdik. Rəşaddan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odu ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaq. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illərdə millilərdə təcrübəsi var.

- Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?

- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

 - Daha bir neçə köməkçiniz ola bilərmi?

- Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.

- Futbolçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?

- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar. Yeni adlar görə bilərsiniz.

- “Kukesi” klubundan ayrılan Rauf Əliyevin 3-cü komandada oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı?

- Mənə aid olmayan məsələdi. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.

- Son günlər qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı fikirləriniz maraqlıdı...

- Məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq.

- U-16-nın baş məşqçisi nə vaxt bilinəcək?

- Hələ vaxtımız var. U-16-nın futbolçularını U-17-yə cəlb edəcəyik. Bu gün 21, 19 və 17 yaşlılar vacibdi. 18 və 16 yaşlılar üçün vaxtımız var. Ola bilər ki, maya kimi belə qalsın.

- Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsinizmi?

 - Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidi. Onların ətrafında kimlər oynayır? Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdı.

- Rövnəq Abdullayev AÇ-2020-dən danışdı. AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?

- Mənim prinsipim belədi ki, əlimizə düşən şansdan yararlanaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupunda oyunçuları elə hazırlamalıyıq ki, onlar stabil qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbola düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidi. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.

- Əksər klublar limitdən narazıdılar. Sizin fikriniz necədi?

- Dəfələrlə cavab vermişəm ki, hər bir sistemi stabil etmək üçün bəzi variantlara əl atmaq lazımdı. AFFA da bəzi variantlardan istifadə edib ki, düzgün sistem qurulsun. Hazırda bunu tam formalaşdırmamışıq. Bu suala indi cavab verə bilməyəcəm. Bu məsələ gələn mövsüm üçün düşünüləcək. Bir çox məsələ var ki, AFFA rəhbərliyi ilə müzakirə edəcəyik. Hətta klubların inkişafı üçün də yollar axtaracağıq. Baxacağıq görək, hansı sistemdə daha çox futbolçu qazanmışıq. Hamının fikrinə hörmətlə yanaşmalıyıq.

- Deyilənə görə, əsas şərtlərinizdən biri o olub ki, komandaların sayı artırılsın. Ancaq Rövnəq müəllimin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq...

- Xeyr, belə demədi. Əvvəlki mövsümlərdən danışırdı. Mən də komandaların sayının artmasını istəyirəm. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, I divizionda oyun alveri gedəcəksə, bundansa, olmasa yaxşıdı. Görsək ki, 10 komanda hazırdı, bunu müzakirə edəcəyik.

- Millətlər Liqasında Ermənistan yığması ilə qarşılaşa bilərik. Buna münasibətiniz...

- Məncə, onlarla yalnız finalda düşə bilərik. Rəqibin kimliyindən asılı olmayaraq, bundan istifadə etməyə çalışacağıq.

- “Qarabağ”ın oyun sistemində hansısa dəyişiklik olacaqmı?

- Bizim burda vaxtımız azdı. “Qarabağ” mənim öz komandamdı, daim bir yerdə oluruq. Millidə isə 4-5 dəfə toplaşırıq. Ümumi tələblər eyni olacaq. Dəyişiklik rəqiblərin kimliyinə görə dəyişəcək. “Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Biz bunun ətrafında müzakirə aparmamışıq. Hər iki yerdə işləmək çox çətindi. Amma bu etimadı doğrultmağa çalışmalıyam.

- Millidə hansısa mükafat sistemi olacaqmı?

- Hər hansı bir sistem olacaq. Rəhbərliklə bu barədə hələ görüşümüz olmayıb. İstəmirəm ki, verilən mükafat üzə çıxsın. Heç kimin qazancında gözüm yoxdu. Çalışırıq hər kəs layiq olduğunu əldə etsin. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam