Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukraynada güllələnən azərbaycanlı sədrlə müsahibə

 

     Bir neçə ay bundan əvvəl silahlı sui-qəsd nəticəsində çiynindən güllə yarası alan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev ona qarşı edilən qəsd, Azərbaycan tərəfinin Ukraynadakı fəaliyyəti barədə danışıb. 

 

“Xeberinfo.com” Rövşən Tağıyevin müsahibəsini təqdim edir:

- Sizə qarşı bu yaxınlarda baş verən sui – qəsd, güllələnmə hadisəsi böyük rezonans doğurdu. Hansı ki bu, sizin aktiv ictimai siyasi fəaliyyətiniz, xüsusilə də Ukrayna parlamentində təqdim olunan ermənilərin qondarma soyqırım layihəsinin ləğv olunmasında aktiv iştirakınız, Ukraynada baş verən son siyasi proseslər və şərqdə baş verən qarşıdurmalar ərəfəsində ortaya çıxdı. Bunun arxasında nələr durur?

- Son iki ildə burada azərbaycanlılar konqresində fəaliyyətimizin aktişvləşməsi, ümumiyyətlə azərbaycanlıların burada aktiv müstəviyə keçməsi bəzilərini ciddi narahat edir. Hansı ki, bu aktivliyə səbəblərdən biri də son vaxtlar vətəndaşı olduğumuz Ukraynanın ərazi bütövlüyünə təcavüzün olmasıdır. Çünki bu Ukraynanın digər vətəndaşları kimi azərbaycanlıların da rahatlığını pozmuşdu. Buna görə də biz bu məsələlərdə sakit qalmadıq və xeyli irəli gedərək yaşadığımız dövlətin siyasi prosseslərində aktiv olduq ki, bu da bəzilərinin diqqətini çox çəkdi. Xüsusilə biz iki ay əvvəl yeganə təşkilat kimi Ukarayna Millətlər Assambleyası olaraq, o cümlədən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəallığı ilə Ukraynanın şərqində baş verənlərlə bağlı Donetskdə millətləri toplayıb böyük bir tədbir keçirdik və qarşı tərəfə xəbədarlıqdan ibarət sərt bəyanat verdik. Ölkə ərazisinə müdaxilə edənlərə qarşı millətləri birləşdirməyimiz əlbəttəki qarşı tərəfi narahat etdi. O ki qaldı Ukrayna parlamentində ötən il erməni deputatlar tərəfindən təklif olunmuş qondarma erməni soyqırımı layihəsini ləğv elətməyimizə, biz bu məsələdə eyni zamanda Ukrayna vətəndaşı kimi də borcumuzu yerinə yetirdik. Çünki bu qanun layihəsi o zaman müzakirəyə çıxarılsaydı Ukraynanın Azərbaycan və Türkiyə ilə yanaşı bütün Türkdilli ölkələr ilə münasibəti sıfır həddinə enəcəkdi. Bütün bunların ardınca mənə qarşı olan güllələnmə sui qəsdi, əminəm ki bu sırf bu fəaliyyətimlə bağlı olub. Düzdür, bəzi saytlarda bu hadisəni biznes fəaliyyətimlə bağlamağa cəhd edirdilər. Bu, elə hadisənin törədilməsində maraqlı olanların iz azdırma cəhdi idi. Onu deyim ki, mən 25 ildən artıqdır böyük biznes fəaliyyətindəyəm və heç vaxt da heç kimlə maraqlarım toqquşmayıb, heç bir təhdid almamışam. Bütün layihələrimin müəllifi şəxsən özüməm, şərikim də yoxdur.

Sui qəsd ilə bağlı ehtimallarımızla yanaşı istintaq tərəfindən irəli sürülən variantlar da çoxdur. Rusiyalı politoloq Heydər Camalov iddia edirdi ki, mənə qarşı sui qəsd ermənilər tərəfdən hansısa vasitə ilə, iz azdırılaraq həyata keçirilib. O bunu azərbaycanlı olaraq Ukraynada digər millətin rəhbərliyində aktiv fəaliyyətimlə əsaslandırırdı. Amma buna baxmayaraq Ukraynada millətlər arası münasibət o qədər yüksək formada sabitdir ki, hətta bizim işğal olunmuş torpaqlarımızla bağlı buradakı ermənilər arasında ciddi fikir ayrılıqlarımıza baxmayaraq Ukraynada yaşayan ermənilərdən heç vaxt fiziki təzyiq, basqın görməmişik. Bundan başqa yuxarıda qeyd elədiyim kimi Ukraynaın şərqində baş verən separatizmə qarşı bütün regionlar üzrə aktiv aksiyalara başlamışdıq. Rəhbərlik etdiyim Assambleyada birləşən müxtəlif millətləri təmsil edən 100 dən artıq təşkilat bu aksiyaya cəlb olunmuşdu. Bu da onlar tərəfdən ciddi qıcıq doğurmağa başlamışdı. Daha bir versiya isə budur ki, burada yaşayan, Azərbaycandakı radikal müxalifətə bağlı bəziləri Yanukoviç devrilindən bu yana belə bir xəbərlər yaymağa başladılar ki, guya mən Yanukoviçin tərəfdarı olmuşam, amma 17 fevraldan sonra guya mövqeyimi dəyişmişəm. Onlar bununla bəzi qüvvələri üstümə salıb buradakı Azərbaycan dövlətçiliyini də aktiv dəstəkləyən biz azərbaycanlılara ağır zərbə vurmağa cəhd etmək istəyirlər. Çünki bütün arxivə, mətbuatın xronolgiyasına baxmaq kifayətdir ki, mənim heç vaxt belə bir mövqeyim olmayıb. Buna Ukraynanın yeni hakimiyyətindəki demokratik qüvvələr də təccüblənirdilər, çünki onlar məni yaxşı tanıyırlar. Mən və rəhbərlik etdiyim təşkilatlar vahid konsepsiya ətrafında fəaliyyət göstəriririk. Bu da Ukraynanın ərazi bütövlüyü ilə yanaşı ölkədə demokratik mühitin formalaşması, xalqın rifahıdır. Çünki rəhbərlik etdiyim Assambleyada Ukrayna xalqının əsas hissəsini təşkil edən çoxsaylı etnik millətlər birləşib. Bundan başqa mən necə Yanukoviç tərəfdarı ola bilərdim ki, o vaxt parlamentə keçirilən seçkilərdə saxtakarlıq nəticəsində mən seçilə bilmədim? Amma artıq yeni demokratik mühitdə gözlənilən parlament seçkilərində şansım daha çoxdu. Bir sözlə yuxarıda qeyd elədiyim o dezo xəbərləri yayan azərbaycanlılar da bu sui qəsdin reallaşmasına təkan oplan variant kimi təqdim olunurlar.

Bütün hallarda mənim öldürülməyimə edilən cəhdin konkret kimin etməsi tezliklə istintaq açıqlayacaq. Çünki bu məsələdə Ukrayna Daxili İşlər Nazirliyi ilə yanaşı Təhlükəsizlik Xidməti də yaxından çalışır.

Öz şəxsi, daha çox əmin olduğum ehtimalı da istintaqın gedişini pozamamaq xatirinə açıqlamaq istəmirəm.

-Ukrayna Millətlər Assambleyası ölkədə baş verən son hadisələrdən, ölkədəki russdilli əhali arasında olanlar dövlət arasında baş verən qarşıdurmadan sonra hansı proqamları həyata keçirməyi planlaşdırır? Nəzərə alsaq ki bu hadisələr ara sıra digər etnik xalqlara, o cümlədən azərbaycanlılara da sirayət edir.

- Bilirsiniz, təəssüf ki, bəzi mətbuat vasitələri qabartmağa cəhd edirlər ki, guya Ukraynada etnik müstəvidə qarşıdurma qızışır. Amma həqiqətən bu belə deyil. Mən bunu xeyli millətləri özündə birləşdirən Assambleyanın rəhbəri kimi də deyirəm. Düzdür ölkənin şərqində qarşıdurmala qızışıb, xeyli insan tələfatı var və bu biz millətləri də təhlükəsizliyimiz baxımından narahat edir, amma bu etnik qarşldurma səviyyəsində deyil. Amma onu da deyim ki, bəzi qüvvələr var ki, bu hadisələri etnik qarşıdurma müstəvisinə keçirmək istəyir və bu da bizi narahat edir. Hətta son vaxtlar bəzi regionlarda azərbaycanlıların belə bir problemi da yaşanıb. Çünki Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşı azərbaycanlılar öz vahid mövqelərini, etirazlarını aydın şəkildə ortaya qoyublar ki, bu da təbii ki qarşı tərəfi qıcıqlandırır. Bunun qarşısının alınması üçün biz Millətlər Assambleyası olaraq aktiv fəaliyyətə keçmişik.

Biz bu etnik problemin qabarmasına görə daha çox Krımla bağlı narahatıq. Kütləvi aksiyalara da start vermişik. Çünki ora Ukraynanın işğal olunmuş ərazisidir və orada yaşayan Ukrayna vətəndaşlarının, tatarların talehi bizi narahat edir. Çünki bizə onların hər addımda hüquqlarının pozulması ilə bağlı siqnallar gəlir. Biz bu məsələdə Krım tatarlarının lideri, deputat Mustafa Cəmil ilə yaxından əməkdaşlıq edirik.

- Hazırda Ukraynada ərazi bütövlüyü uğrunda döyüşlər qızışır. Əgər səfərbərlik olarsa rəhbərlik etdiyiniz Assambleyada birləşən millətlərlə yanaşı, azərbaycanlılar da silaha sarıla bilərmi?

- Əlbəttə ! Ukraynada yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın bu borcudur və biz də hazırıq. Hətta bizim Assamblayada milliyətcə ruslar olan Ukrayna vətəndaşları da ölkənin ərazi bütövlüyü uğrunda vuruşmağa hazırdırlar. Amma bizim hazırkı mövqeyimiz təbii ki bu məsələlərins ülh yolu ilə həlli və hər iki tərəfdən qan tökülməməsidir. Çünki Ukrayna və Rusiya qardaş xalqlardır və baş verən bu hadisələr də iki qardaş xalq arasında tarixi faciədir. Əminik ki, bu qardaş xalqlar tezliklə dil tapıb bu problemə son qoyacaqlar.

- Son vaxtlar Ukraynanın şərqində baş verən hadisələrdə azərbaycanlıların da tez-tez girov götürülməsi, hətta öldürülməsi hallar baş verir ...

- Bu halları biz də qeydə almışıq. Hətta bizim də aktiv səyimiz nəticəsində onlardan azad olunanlar da olub. Əsasən Luqansk və Donetsk vilayətində bu hallar baş verir ki, orada işgəncə ilə öldürülən azərbaycanlı da olub. Biz bütün əlaqələrimizdən istifadə edib bu halları aradan qaldırmağa çalışırıq. Amma fakt odur ki, həmin əyalətlərdə nəzarət çətindir və separatçılart istədiklərini edirlər. Bu günlərdə dünya da şahidi oldu ki, beynəlxalq uçuş edən Malaziyaya məxsus təyyarə o ərazidə necə vurulub salındı və yüzlərlə insan tələf oldu. Orada vəziyyət həqiqətən çox gərgindir. Mümkün qədər biz artıq oradan azərbaycanlıların, o cümlədən digər millətlərin ölkənin sakit hissəsinə köçürülməsinə nail olmuşuq. Bu əsaqsən qadınlar və körpələrdir.

- Qarşıdan gələn parlament seçkilərinə azərbaycanlıların, xüsusilə də sizin hazırlığınız necədir? Ara – sıra mətbuatda orada yaşayan azərbaycanlılar arasında müxtəlif namizədlərin adları çəkilir. Bu namizədlərin şansı nə qədərdir?

- Açığı mən siz dediyiniz kimi çox saylı azərbaycanlı namizədlərin aktiv olduğunun şahidi deyiləm. Çünki burada əsas azərbaycanlılar rəhbərlik etdiyim konqres ətrafında birləşiblər. Amma bizim bayaq dediyim kimi demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra parlamentdə iştirak şansımız daha çoxdur. Artıq bizdə məlumat var ki, tezliklə Ukraynada növbədənkənar parlament seçkiləri gözlənilir və biz buna aktiv ahzırlaşırıq. Şəxsən mən özüm yenidən namizədliyimi verəcəm və bu ölkədəki əksər siyasi qüvvələr tərəfindən artıq dəstəyini alıb. Eyni zamanda rəhbərlik etdiyim konqresin və Assambleyanın bütün regionlar üzrə aktiv nümayəndəlikləri də bu hazırlıqdadırlar. Ona görə də mən əmin sizi əmin edirəm ki, bu dəfəki seçkilər də ən azı bir və ya iki azərbaycanlı Ukrayna parlamentində təmsil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam