Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Dədə"nin intiqamı "Kabus"dan alındı

"Qanun oğrusu" Rövşən Lənkəranskinin ölümü də özü kimi əfasənəyə çevrildi 

Xeberinfo.com:   Azərbaycanla yanaşı Türkiyə və Rusiyada da gündəmin ən aktual mövzusu Rövşən Lənkəranskinin ölümü oldu. 
Hər bir mətbu orqanında Lənkəranskinin ölümü haqqında yazıldı, onu kimlərin öldürə biləcəyi ehtimalları irəli sürüldü. 

Türkiyə mediasında yer almış belə yazılardan birini təqdim edirik.

"Dədə"nin intiqamı "Kabus"dan alındı

Azəri əsilli rus mafiya babası Rövşən Caniyevin Beşiktaşda bir qovşaqda çarpaz atəşlə öldürülməsi Rusiyada da hadisəyə çevrildi. Rus təhlükəsizlik qüvvələrinə görə bu sui-qəsd hesablaşmaq məqsədi ilə törədildi. İstanbulda öldürülən "Kabus" ləqəbli Caniyev Rusiyanın son gerçək mafiya babası deyilən "Dədə" ləqəbli Aslan Usoyanın ölümündə təqsirkar bilinirdi. 

İstanbulun Beşiktaş əyalətində 17 Avqust gecəsi bir oteldən çıxdığı zaman maşınına çarpaz atəş açılaraq öldürülən 41 yaşlı Rövşən Caniyev sui-qəsdinin pərdə arxasıyla bağlı maraqlı iddialar var.

Rusiyanın "Rosbalt" xəbər agentliyinə açıqlama verən Rusiya təhlükəsizlik qüvvələrinə yaxın bir mənbə bildirib ki, 65 güllədən sonra Caniyevin ölməsi ilə nəticələnən hadisələr zənciri 3 il əvvəl başlayıb.

16 yanvar 2013-cü ildə Rusiya kriminal dünyasının ən mühüm simalarından "Dədə Həsən" ləqəbli yezidi kökənli rus mafiya babası Aslan Usoyanın öldürülməsində "Lənkəranski" ləqəbli Rövşən Caniyev günahlandırılırdı. 

"Rusiyanın son gerçək mafiya babası" kimi tanınan Usoyanın öldürülməsindən sonra ölkədəki kriminal aləm qarışdı. 

Rusiyada mafiya dairələri bu sui-qəsdə görə Canıyevi günahlandıranda, o da Rövşən Əliyev adı ilə Türkiyəyə gedərək İstanbula yerləşdi.

Caniyev öldürüldüyü gecə özünə yaxın dəstə üzvləri ilə bərabər olub. 

"Tsipa" ləqəbli Teymur Nemtsitsevirde, Dato Çuradze və daha bir neçə nəfərlə görüşüb. Gecənin irəliləyən saatlarında Caniyev çipə minərək oteldən ayrılıb. Ancaq ilk qovşaqda üç nəfər silahlı avtomobili atəşə tutub. Açılan atəşlərin nəticəsində Caniyev öldürülüb. 

"Rosbalt" xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuriy Piçugin, Vasili Xristoforov və Nadir Salifov adlı mafiya üzvləri var. Bu adlar sui-qəsd üçün Türkiyədə silahlı bir kürd dəstəsinə pul ödəyib. Agentliyin iddiasına görə, yezidi əsilli mafiya atası "Baba Həsən"in intiqamı da bu şəkildə alınıb.

Rəqiblərinin başına 5 milyon dollar mükafat qoyduğu Rövşən Caniyevin öldürülməsi ilə əlaqəli olduqları təsbit edilən 3 azərbaycanlı saxlanılıb. Polis hücumun Başakşehirdə öldürülən azərbaycanlı iş adamı Əli Həmidov cinayəti ilə də bağlı ola biləcəyi ehtimalını da dəyərləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam