Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı jurnalist Kiyevdə deputat oldu

 

“Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiyev şəhər şurasında ilk azərbaycanlı deputat oldu”.

"Xeberinfo.com": Məlumata görə, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirdib. Onun sözlərinə görə, Kliçko və Poroşenkonun qələbəsindən sonra azərbaycanlıların Ukraynada hansısa vəzifələrə, icra strukturlarına irəli çəkiləcəyi gözlənilir.

"Bu haqda danışıqlar aparılır. İlk sevindirici xəbər Rəna Nəzərovanın Kiyev şəhər şurasına deputat seçilməsi oldu. Vilayətlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrləri və üzvləri ən yaxın gələcəkdə dövlət strukturlarında diasporumuzu təmsil edəcəklər. Azərbaycan diasporunun, eləcə də rəsmi Bakının bu məlum məsələlərdə Ukraynanın ən çətin anlarında yanında olması, ona dəstək verməsi bu danışıqlara əsas verir”, - deyə Hikmət Cavadov dedi.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Ukraynada keçiriləcək parlament seçkilərində də aktiv olacaqlarını qeyd etdi.

“UABD ölkənin siyasi həyatında aktivləşib. Bu təşkilata inam artıb. Kiyev şəhərində prezident Petro Poroşenkonun inaqurasiya mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov də iştirak etdi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Ukrayna ilə bağlı atdığı qətiyyətli addımlar və Ukrayna xalqına verdiyi dəstək burda Azərbaycanın mövqeyini çox gücləndirdı”, - deyə Hikmət Cavadov vurğuladı. 

Qeyd edək ki, jurnalist Rəna Nəzərovanın namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü. O, Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın “Kievski forum” proqramının baş redaktoru vəzifəsində çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam