Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar Ukraynanın parçalanmasına qarşı çıxdılar

 

Ukraynada azərbaycanlılar da daxil olmaqla, etnik xalqlar ölkənin parçalanmasına qarşı ayağa qalxdılar.
    "xeberinfo.com": Ukrayna Millətlər Assambleyasında (UMA) birləşən təşkilatlar, o cümlədən, Ukrayna Qafqaz Xalqları Konqresi (UQXK) “Sənin üçün” Ümumukrayna Xeyriyyə Fondu ilə birgə “Ukrayna müxtəlifdir – Ukrayna vahiddir” mövzusunda toplantı keçiriblər. Toplantının yekunlarına dair yerli hakimiyyətə, beynəlxalq təşkilatlara və ölkənin regionlarına müraciət ünvanlanıb.
    UMA-dan əldə etdiyimiz məlumata görə, məqsəd Ukraynada yaranmış durumla bağlı ictimai rəyin, dövlətin möhkəmlənməsi və inkişafında milliyyətindən asılı olmayaraq, etnosların rolunun qabardılması olub.
      Müraciətdə bildirilir: “Biz, Ukrayna ərazisində yaşayan və müxtəlif millətləri və etnik qrupları təmsil edən ictimai təşkilatların rəhbərləri və üzvləri ölkədə baş verən hadisələrdən kənarda qala bilmərik. Ukrayna hakimiyyətinin bütün qollarına, ölkənin şərqinin və qərbinin, şimalının və cənubunun nümayəndələrinə müraciət edərək bildiririk:
- Biz öz gələcəyimizi və uşaqlarımızın gələcəyini vahid unitar Ukrayna ilə
bağlayırıq;
- Ukraynanın 23 illik müstəqilliyi dövründə heç bir dil və dini problem yaşamadıq;
- Ukrayna 140-a yaxın etnik qrup üçün olub, var və ümid edirik ki, sülh və tolerantlıq ölkəsi olaraq qalacaq;
- Müxtəlif etnik mənsubiyyətinə baxmayaraq bizi ümumi tarix, mədəniyyət və dəyərlər sistemi birləşdirir;
    Bundan irəli gələrək, biz milli zəmində bütün spekulyasiyaları dayandırmağı xahiş edirik və ölkədə vəziyyətin stabilləşməsi üçün maksimum səyləri göstərməyi xahiş edirik. Öz tərəfimizdən biz digər beynəlxalq humanitar təşkilatlarla birgə vahid unitar Ukraynada sülh və tolerantlığın qorunması üçün bütün mümkün olanları etməyə hazırıq”.
   Qeyd edək ki, UMA-nın prezidenti azərbaycanlı iş adamı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevdir, UQXK–nin sədri isə Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu Paşa Məmmədovdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam