Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“Referendum böyük islahat proqramına gedən yoldur”

Xeberinfo.com:   Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Referendumla bağlı müxtəlif fikirlər var. Sizcə, bu dəyişiklik təklifləri hansı zərurətdən irəli gəlir?

– Zərurət əlbəttə, var. Bunu doğuran səbəblərə bir neçə cəhətdən aydınlıq gətirmək mümkündür. Ancaq mən öncə ümumi şəkildə məsələyə yanaşmaq istərdim. Dünyadakı dəyişən reallıqları nəzərə almalıyıq. Proses ölkəmizdən də yan ötmür. Yeni qlobal çağırışlar meydana çıxır. Həmin çağırışların fonunda dövlət idarəçiliyinin effektivliyi və çevikliyi olduqca vacibdir. Hesab edirəm ki, referendum ilk növbədə qeyd etdiyim effektivlik və çevikliyin təmin olunması baxımından gedilməsi vacib olan yoldur.

Əlbəttə, dövlət idarəçiliyindəki təmərküzləşməni birmənalı şəkildə xarici amillərlə, konkret olaraq, dəyişən dünyadakı proseslərə adekvat reaksiyanın göstərilməsi zərurəti ilə əsaslandırmaq da düzgün olmaz. Azərbaycanın XX əsrin sonlarına doğru əldə etdiyi müstəqilliyin tarixi həm də demokratikləşmə dövrü, cəmiyyətin demokratik əsaslarla idarəçiliyi naminə mühüm islahatların həyata keçirildiyi mərhələdir. İslahatların daim dərinləşməsinə ehtiyac var. Referendum bu baxımdan da əhəmiyyətlidir.

 

Üçüncü bir məsələ qanunvericiliyin özünün təkmilləşdirilməsi ilə bağlıdır. Yəni həm yuxarıda qeyd etdiyim iki cəhət, həm də qanunvericiliyimizin bir növ tamamlanması. Doğrudur, bizlər bəzən xarici təcrübədə bununla əlaqədar mühafizəkarlığı da görürük. Elə olur ki, yüz illərlə bir qanun dəyişməz olaraq qalır. Əlbəttə, belə yanaşmaya da hansısa formada bəraət qazandırmaq mümkündür. Ancaq nəzərə alaq ki, oturuşmuş demokratiyalarda bir çox məsələləri qanunlar deyil, ənənələr tənzimləyir. Həmin ənənələr bəlli stereotiplərə söykənir və cəmiyyətlərin şüur, düşüncə tərzinin süzgəcindən keçərək gəlir. Şübhə etmirəm ki, Azərbaycanda da nə vaxtsa belə yanaşma formalaşacaq. Bunun formalaşması üçün isə qanunlarımız daha təkmil olmalıdır. Hesab edirəm ki, referendumda qanunlarımızın istinad nöqtəsinə, yəni ana qanunumuza edilən dəyişikliklər bu mənada öz sözünü deyəcək.

 

– Konstitusiyaya təklif edilən dəyişikliklər içərisində konkret hansı dəyişikliyin vacibliyini qeyd etmək istərdiniz?

 

– Nələrisə xüsusi fərqləndirmək istəməzdim. Ayrıca Azərbaycan Respublikasının I vitse-prezidenti və vitse-prezidenti vəzifələrinin təsis edilməsi yenilikdir. Düşünürəm ki, bu dövlət institutu idarəçilik sistemimizi daha da təkmilləşdirəcək. Hətta modernləşdirəcək də. Müvafiq olaraq səmərəlilik artacaq.

 

Dəyişikliklər müxtəlif təyinatlı silahlı birləşmələrimizin idarəçilik nöqteyi-nəzərdən komplektləşdirilməsini nəzərdə tutur. Onların hamısının silahlı qüvvələr adı altında vahid mexanizm kimi təsbit edilməsi və ali tabeçilik münasibətlərinin qətiləşdirilməsi müstəsna əhəmiyyət daşıyır.

 

Təhlükəsizliyin təminatı ilə bağlı məsələlər də vacibdir. Yeniliklərdən biri qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklərin qadağan olunması ilə bağlıdır. Məlumdur ki, mövcud qanunvericiliyimizdə qanunvericiliyimizdə qeyd edilən mənfi təmayüllərə münasibətdə immunitet var. Ancaq konkretləşdirilməyə də ehtiyac var ki, Konstitusiyanın 58-ci maddəsinin IV hissəsinin birinci cümləsinin yeni təklif edilən redaksiyası bu baxımdan zəruridir.

 

Dəyişikliklər eyni zamanda gənclərin dövlət idarəçiliyində iştirakı üçün də münbit zəmin yaradır. Bu, yeni nəfəs, yeni ruh deməkdir. Ümumən bütün bunlar və qeyd etmədiyim digər məsələlər son dərəcə vacibdir.

 

Mən başqa bir məqama da diqqət yetirmək istərdim. Sadə vətəndaşlar zaman-zaman müəyyən neqativ təmayüllərdən əziyyət çəkiblər. Məsələ barədə çox danışılıb, çox yazılıb. Ayrı-ayrı məmurların işinə səhlənkar yanaşmaları, bəzən vəzifə səlahiyyətlərini aşma və sair belə xoşagəlməzliklər günümüz üçün aktualdır. Bu baxımdan dövlət qulluqçularının məsuliyyəti məsələsi mühüm əhəmiyyət daşımaqdadır. Eləcə də bələdiyyə qulluqçularının məsuliyyəti məsələsi önəmlidir. Referendum aktında bildirildiyi kimi, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bəli, Konstitusiya dəyişiklikləri eyni zamanda son dərəcə ciddi mesajdır. İdarəçilik təkmilləşirsə, yeniləşirsə, hər bir dövlət məmuru, vəzifəli şəxs işini yeniliklərin ruhuna uyğun qurmalı, xalq qarşısındakı məsuliyyətini arxa plana keçirməməlidir.

Əvvəldə də dediyim kimi, referendum mühüm Konstitusion dəyişikliyi nəzərdə tutmaqla, böyük islahat proqramına gedən yoldur. Bu, prezident İlham Əliyevin iradəsidir. Dövlət başçısı Azərbaycanı daha güclü və qüdrətli, inkişaf etmiş görmək istəyir. Düşünürəm ki, hər bir vətəndaş bu istəyin aliliyini anlayacaq, dəyərləndirəcək.

– Referendum aktında Konstitusiyanın 32-ci maddəsinə VI, VII və VIII hissələrin əlavə olunması məsələsi də yer alıb.

– Əlbəttə, bu da xüsusi vurğulanmalı məqamdır. Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf etməkdədir. Bu inkişaf təbiidir və qarşısının hər hansı şəkildə alınması yolverilməzdir. Sadəcə, elə mexanizm işlənilməlidir ki, informasiya texnologiyalarının inkişafı şəxsi həyatın toxunulmazlığı prinsipinə zidd olmasın. Dünyanın bir çox qabaqcıl ölkələrində məsələ yetərincə dərk edilir və bəlli formullar həyata keçirilməkdədir.

Doğrudur, məsələ siyasiləşdirilir. Azərbaycan zaman-zaman belə münasibətdən əziyyət çəkib. 2009-cu il referendumu öncəsi vəziyyəti yada salmaq istərdim. Həmin vaxt bildirilirdi ki, 32-ci maddəyə edilən dəyişiklik söz və ifadə azadlığı prinsiplərini məhdudlaşdıracaq. Halbuki Konstitusiya dəyişikliyi şəxsi həyatın toxunulmazlığını möhkəmləndirməyi nəzərdə tuturdu. İndi də eyni prinsip rəhbər tutulur. Ancaq qeyd etdiyimiz kimi, burada informasiya texnologiyalarının inkişafının doğurduğu vəziyyətdən çıxış edilir. Fərdi məlumatların dairəsinin, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərinin qanunla müəyyən edilməsinin Konstitusiyada təsbit edilməsi də vacibdir. Düşünürəm ki, dəyişikliklər internet məkanda sui-istifadələrin qarşısının alınması baxımından önəmli olacaq.

– Şəxsi həyatın toxunulmazlığı prinsipindən söz açdıq. Məlumdur ki, ənənəvi media tədricən öz yerini internet mediaya verməkdədir. İnternet media sahəsində isə hüquqi tənzimləmə yoxdur və şəxsi həyata müdaxilə halları da əsasən bu məkandadır. Hazırda vəziyyət ziddiyyətli deyilmi?

– Bəli, ziddiyyətli və mürəkkəbdir. O anlamda ki, şəxsi həyatın toxunulmazlığı demokratik cəmiyyət quruculuğunda olduqca vacib elementdir. Ancaq biz internet media müstəvisində və internet medianın əsas yayılma platsdarmı olan ayrı-ayrı sosial şəbəkələrdə şəxsi həyata kobud müdaxilə halları ilə baş-başa qalırıq.

Təəssüf ki, bəzən bəzi xarici dairələr bu vəziyyəti söz və ifadə azadlığı ilə əlaqələndirərək məsələdən siyasi spekulyasiyalar naminə yararlanırlar.

Halbuki bir daha qeyd edim: Qərbdə şəxsi həyatın toxunulmazlığına kifayət qədər həssas yanaşırlar. Medianın şəxsi həyata müdaxiləsinə qarşı hətta ən sərt ölçü tədbirləri götürməkdən belə çəkinmirlər. Bizim referendum aktında isə bildirilir ki, informasiya texnologiyalarından şəxsi həyata dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Təbii ki, sənəddə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatlar da şəxsi həyata dair məlumatlar kontekstində dəyərləndirilir. Hər bir halda dəyişikliklər düşünürəm ki, internetin rolunu vurğulayır və bu baxımdan internet media da kənarda qalmamalıdır.

– Hesab edirsiniz ki, Konstitusiya dəyişikliyi internet media müstəvisindəki dəyişikliklər, konkret olaraq hüquqi mexanizmlərin yaradılması istiqamətində çıxış nöqtəsi ola bilər?

– Əsas odur ki, internet medianın hüquqi münasibətlər sistemində təmsilçiliyi vacibdir. Bu zərurət təkcə şəxsi həyatın toxunulmazlığı məsələsi baxımından izah edilməməlidir. İnternet ümumən həyatımıza daxil olduğu kimi, internet media da mediamızın tərkib hissəsidir. Ola bilər, bir müddət sonra ifadə kimi “internet media” işlənməsin. Qəbul olunsun ki, media elə internet məkanda fəaliyyət göstərən institutdur. Bəli, məhz buna görə hazırkı adla desək, internet media hüquqi münasibətlər sistemində yer tapmalıdır. Burada onun düzgün vergi ödəyicisi kimi fəaliyyətindən tutmuş, reklam gəlirləri əldə etməsinədək, bəlli mexanizm qurulmalıdır. Əlbəttə, mövcud müstəvidəki perspektiv üçün istinad nöqtəsi olmalıdır. Düşünmürəm ki, hazırda belə istinad nöqtələri yoxdur. Var, sadəcə, referendum mühüm Konstitusiya islahatıdır.

Göründüyü kimi, bu islahat bütün sahələrə yeniliklər gətirməyi nəzərdə tutur. Belə olan halda internet media sahəsinə niyə yenilik gəlməsin?

Bu gün qəzetlərimiz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihə müsabiqələrində iştirak edirlər, müxtəlif dövlət yardımlarından bəhrələnirlər. Bu imtiyazdan internet üzərindən yayımlanan media vasitələri niyə bəhrələnməsinlər ki? Nəhayət, onlar da media adına iddialıdırlar.

– Referendumdan sonrakı Azərbaycanla hazırkı Azərbaycan arasındakı keyfiyyət fərqini necə təsəvvür edirsiniz?

– Mən qeyd etdim ki, ümumən ötən müddətdə aparılan islahatlar prezident İlham Əliyevin Azərbaycanı daha da inkişaf etmiş ölkə görmək niyyətindən qaynaqlanır. Referendum da bu istiqamətdəki çox böyük addımdır. Hər kəs öz işində dövlət başçısının etimadını doğrultmalıdır, yeni imkanların, yeni şəraitin şərtlərinə uyğun fəaliyyət göstərməlidir. Bu, həm də niyyət, yanaşma məsələsidir. Yanaşmamız niyyət saflığına əsaslanacaqsa, insan hüquq və azadlıqlarının dərinləşdirilməsini rəhbər tutacaqsa, uğurlarımız artacaq. Bunu təmin etmək üçün həm qanunlarımız təkmilləşməlidir, həm də onları hərəkətə gətirən bizlər. Hesab edirəm ki, Konstitusiya islahatları cəmiyyətə daha çox hərəkətlilik və dinamizm gətirəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam