Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Deputat: "Mənim fəaliyyətimə seçicilər qiymət verməlidirlər"

 

Xeberinfo.com:  Milli Məclisin deputatı Nəriman Əliyev Modern.az saytına geniş müsahibə verib. O, müsahibədə xeyli məqamlara, özü barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

- Nəriman müəllim, mətbuatda görünməyə o qədər də həvəsli görünmürsünüz. Hətta bu müsahibə ötən il keçirilmiş parlament seçkilərindən sonra mediaya ilk böyük açıqlamanızdır. 

- Hər bir şəxs çalışdığı sahədən asılı olmayaraq, fəaliyyətini qanunlar çərçivəsində xarakterinə uyğun şəkildə qurur. Bu mənada mən daha çox işləməyə üstünlük verirəm. Hesab edirəm ki, mənim fəaliyyətimə seçicilər qiymət verməlidirlər. Əgər sizi mənim fəaliyyətim maraqlandırırsa, buyurub seçildiyim 70 saylı Masallı şəhər seçki dairəsinə gedib hər şeyi yerində öyrənə bilərsiniz. Ancaq məqsəd qarayaxma olacaqsa, mən belə məsələlərə vaxt ayırmıram.

Ölkədə baş verən devalvasiya sahibkarların fəaliyyətinə də təsir etdi. Ölkəmizə idxal olunan məhsulların qiymətində ciddi artım hiss olunur. Eyni zamanda, iş yerlərində ixtisarlar da danılmazıdr. Vəziyyətdən çıxış üçün atılan addımları necə qiymətləndirirsiniz?

- Hər birimiz Azərbaycanın dünyanın tərkib hissəsi olduğunu birdəfəlik qəbul etməliyik. Yəni dünyada baş verən proseslər nəhəng dövlətlərə ciddi təsir edirsə, şühbəsiz ki, bizdən də yan keçə bilməz. Demək istəyirəm ki, dünya bazarında neftın qiymətində fantastik ucuzlaşma gedirsə, iqtisadiyyatı nefdən asılı olan dövlətlərə, neft emal edən ölkələrə bunun təsirsiz ötüşməsi mümkün deyil. 
Azərbaycan hökuməti devalvasiyanın az zərərsiz keçməsi üçün mümkün olan bütün addımları atır. Struktur islahatların aparılması, biri-birini təkrarlayan dövlət qurumlarının birləşdirilıməsi, büdcədən daha qənaətcil şəkildə istifadə edilməsi və s. kimi nümunələr buna görədir.

Xüsusilə qeyd etməliyəm ki, bu məsələ hər zaman cənab Prezidentin birbaşa diqqət mərkəzindədir. Dövlət başçısının birbaşa göstərişi ilə süni şəkildə qiymət artımının qarşısı alındı. Vergi və gömrük sistemi ilə bağlı vacib sənədlər imzalandı. Yeni iş yerlərinin açılması, sahibkarlara daha yaxşı şərait yaradılması üçün Prezident tərəfindən verilən göstərişlər yaranmış vəziyyətdən tez çıxmağın ən optilam yolu idi ki, bütün bu addımlar da atıldı. Bu, bir daha onu göstərdi ki, Azərbaycan insanının rifah halı və sosial durumunun yüksək olması cənab Prezidentimizin hər an diqqətində olan məsələdir.

Bu, həm də onu göstərdi ki, Prezident öz xalqının, milli sahibkarların arxasındadır. Xalq da, sahibkar da bundan ruhlanaraq gələcək üçün, inkişaf üçün daha səylə çalışır. Qeyd etdiyim kimi, Prezidentin atdığı addımları iş adamları özləri üçün ən böyük stimil hesab edirlər. Artıq bu istiqamətdə hasar olmaq istəyənlər zərərsizləşdirilib. 

Maraqlıdır, bu kimi proeblemlərlə üzləşən sahibkarlar sizə müraciət edirlərmi?

Milli Məclisin deputatı olduğum dövrdə demək olar ki, hər zaman sahibkarlara dəstək olmağa çalışmışam. Onların problemlərini lazımi yerlədə qaldırmağa, gücüm və səlahiyyətim çərçivəsində həll etməyə çalışmışam. Dünyanın hər ölkəsində sahibkarlar dövlətin bel sütunu hesab olunur. Bu günə qədər mənə müraciə edən elə iş adamı olmayıb ki, onu dinləməyim, yaxud da qarşılaşdığı məsələni müvafiq dövlət qurumu qarşısında qaldırmayım. Və hesab edirəm ki, bu, bir millət vəkili olaraq mənim borcumdur. Çünki sahibkarlığın inkişafı seçicinin sosial şəraitinin yaxşılaşması deməkdir.


Nəriman müəllim, yeri gəlmişkən, son zamanlar sizin də adınız is adamlarını sıxışdıranlar sırasında çəkilir. Yayılan məlumatlara inansaq, Nəriman Əliyevin Masallı kərpic zavodunun müdiri Fəxrəddin müəllimlə, eləcə də Hacı Mazan kimi tanınan iş adamı Razmazan Zeynalovla, “Embavud”un sahibi Məşur Məmmədovla münasibətləri gərginləşib. Adları çəkilən şəxslərlə problemləriniz varmı?

Bəli, onlara “gün verib, işıq vermirəm”. Axı Milli Məclisin deputatı iş adamını necə sıxışdıra bilər? Bunun mexanizmi yoxdur axı. Mən Milli Məclisin iclaslarında iştirak edirəm, seçicilərimlə görüşürəm.


Bir daha qeyd etmək istərdim, deputatın sahibkarla hansı problemı ola bilər ki... Heç olmasa belə yazılar hazırlamaq istəyənlər bir dəfə qanunları oxusunlar. Barəmdə bu qədər iftira yazırlar, heç olmasa qarşı tərəfdən bir nəfərin də fikrini öyrənsinlər. Bəlkə doğrudan da adlarını çəkdikləriniz şəxslər məndən narazıdırlar. Bir məllət vəkili olaraq onlarla görüşüm, müzakirə aparaq, onların problemləri ilə tanış olum.  

Bilirsiniz, mənə görə, insan üçün həyatda ən dəyərli məsələ zamandır. Keçən bir dəqiqəni geri qaytarmaq mümkün deyil. Buna görə də mən çalışıram ki, vaxtımı boş, mənasız, yalan məsələlərə xərcləməyim. Ona görə də cəfəng, dedi-qodulara reaksiya vermirəm. Təəssüf edirəm ki, eyni dezinformasiyanı eyni vaxtda bəzi saytlar yayırlar. Baxırsan ki, az qala bu yalanlar həqiqət kimi görünməyə başlayır. Ona görə də məsələyə münasibət bildirməli olursan.

Birmənalı olaraq bildirirəm ki, Nəriman Əliyevin iş adamları ilə hər hansı problemi yoxdur. Əksinə, adlarını çəkdikləriniz iş adamları ilə çox yaxın dostam. Masallılar məni yaxşı tanıyırlar və onlardan gizli saxlayacaq işim yoxdur.

Eyni zamanda, deputat Elmira Axundova, Masllının icra başçısı Rafil Hüseynov, polis rəisi Nəriman İmanovla da konfliktlərinizin olduğu deyilir...

- Masllının icra başçısı çox hörmətli Rafil Hüseynov rayonumuzda çox böyük işlər görür. Bunu hər bir Masallı sakini bilir və qiymətləndirir.

Yazılanlardan belə çıxır ki, Nəriman Əliyev rayonda hamı ilə düşməndir. Gah iş adamlarını sıxışdırıram, gah deputatla yola getmirəm, gah da başçı və polis rəsisinə qarşı ədavət aparıram. Məntiqlə düşünün, bir millət vəkili niyə hamını özünə düşmən etsin ki?! Bu nə qədər məntiqidir? Çox təəssüf ki, bizdə yalnız yalan, iftira, sifariş əsasında işləyən “jurnalistlər” və “saytlar” da var.

Elmira Axundova gözəl insan, seçiciləri ilə isti ünsiyyətdə olan fəal deputat və istedadlı jurnalistdir. O, ölkə səviyyəsində tanınan ziyalıdır. Təbii ki, belə bir insana hər birimiz hörmət və ehtiramla yanaşmalıyıq. Mənim ona böyük hörmətim var.

Rayonun polis rəisi, adaşım Nəriman İmanov öz sahəsinin peşəkarı olan əsl kadrdır. Məncə, barəmizdə yayılan “dezolar”la tanış olanda Nəriman müəllim də gülür. Hansı jurnalisti maraqlandırırsa, əlaqə saxlasın, rəisdən bu məsələ barədə fikir alsın, öyrənsin, görək rəislə deputat niyə yola getmir?! Qəti narahat olmayın, onunla da münasibətim çox yaxşıdır.

Nəriman müəllim, barənizdə başqa yazılar da var. Qeyd edilir ki, hərbi xidmətdə olmamısınız. Saxta diplom almısınız. Bu məsələlərə aydınlıq gətirə bilərsinizmi?

Bir daha qeyd etmək istərdim ki, belə mənasız uydurmalara və iddialara cavab verməyə itirilən vaxtı daha səmərəli işlərə sərf edirəm. Mən hərbi xidmətdə də olmuşam, ali təhsil də almışam. Buna şübhə edənlər varsa, müvafiq dövlət qurumlarına sorğu göndərsinlər. Barəmdə yazılanlar mənə qarşı aparılan “qara kampaniya”dır. Guya düşünürlər ki, bu cür əməlləri ilə məni ləkələyirlər. Adamın bunlara yazığı gəlir.


Təkcə Cənub zonasında 70-ə yaxın əsgər yoldaşım var. Bu gün də əlaqə saxladığım tələbə yoldaşlarım var. Siz təsəvvür edin, onlar bu kimi üfunət qoxusu verən yazıları görəndə mənə telefon açırlar, xeyli gülürlər.

Sonda bir daha qeyd etmək istəyirəm ki, belə əhəmiyyətsiz məsələlərə diqqət vermək mənim xarakterimə yaddır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam