Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“İslahatçı hökumətə ehtiyac var”

Millət vəkili bankların bağlanmasının əleyhinədir

Xeberinfo.com:   Fevralın 12-də parlamentdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi müzakirə olunub.
Söhbət daxili bazarın qorunmasından gedir. Millət vəkili Vahid ƏhmədovAzadlıqRadiosuna müsahibəsində belə bir qanunun qəbulunun vacibliyindən danışıb:

– Çox əhəmiyyətli qanundur, ancaq biz Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşdığımız üçün bu qanunun qəbulu zamanı Təşkilatın da qaydalarını nəzərə almaq lazımdır. Son vaxtlar prezident sahibkarlıq sahəsində islahatlarla bağlı çox ciddi qərarlar, sərəncamlar verib, o cümlədən, gömrük orqanlarında, Kənd Təsərrüfatı Nazirliyində, Sərhəd Xidmətlərində yoxlama sahəsində şəffaflıq prinsipi tətbiq edilir, həmçinin, broker xidməti sadələşdirilib, yəni brokerlər əvvəlki işlərlə məşğul olmayacaqlar. Xaricdən daxil olan mallara müəyyən gömrük rüsumları, əlavə dəyər vergisi var. Xaricdən mal gətirən sahibkar hardasa 30-38 faiz əlavə vergi ödəməli olur. Təklif etmişəm ki, bu rüsumlara yenidən baxılsın, daxili bazarı qorumaq üçün bu rüsumlar bir qədər azaldılsın.

– Vahid bəy, Azərbaycan bir çox ərzaq və qeyri-ərzaq malları üzrə bazar idxaldan asılıdır. Sizcə, daxili bazar hansı məhsullar üzrə qoruna bilər?

– Azərbaycan bazarında bu dəqiqə dempinqə, yəni təzyiqə məruz qalan məhsullar həddindən çoxdur. Biz öz bazarımızı qoruya bilmirik, ölkəyə kənardan külli miqdarda ərzaq, qeyri-ərzaq məhsulları gətirilir. Halbuki, bunlar Azərbaycanda da istehsal olunur. Meyvə-tərəvəzdir, digər məhsullardır. Bəzən camaatın əlində qalır, xarab olur, atmağa məcbur qalır. Antidempinq qanunundan istifadə edərək daxili bazarımızı qoruyacağıq. Hansı məhsul üzrə Azərbaycan özünü təmin etmir, ölkəyə o məhsul buraxılacaq.

– Bəs bu, bahaçılıq yaratmayacaqmı ölkədə? Məsələn, İran kartofu yerli kartofdan daha ucuz satılır.

– Heç bir bahaçılıq yaratmayacaq. Əksinə, bu qanun yerli sahibkarlara öz məhsullarını bazarda satmaq üçün normal şərait yaradacaq.

– Vahid bəy, parlamentin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsi ölkədəki hazırki vəziyyətdən çıxmaq üçün qanunvericiliyə hansı təklifləri hazırlayır?

– Bizim təkliflərimiz çoxdur. Mərkəz Bankın rəhbərliyi ilə, hökumətin bəzi üzvləri ilə görüşlər keçiririk, təkliflərimizi veririk. Onların bəziləri qəbul olunub, bəziləri olunmayıb. İndi də müəyyən danışıqlar gedir. Bilirsiz ki, ölkədə cənab prezident tərəfindən ciddi islahatlara start verilib.

– Belə tənqidlər səslənir ki, hökumət çox ləng tərpənir, sanki nəyisə gözləyir.

– Bu tənqidlərlə mən də razıyam. Çox çevik, islahatı həyata keçirə bilən, ümumiyyətlə, reformator hökumətə ehtiyac var. İndi cənab prezident islahatlarla əlaqədar özünə xüsusi köməkçi götürüb. Struktur, institusional, iqtisadi islahatlara gedilməlidir və bunlar kompleks şəkildə olmalıdır. Həm yaxın, həm uzaq perspektivlə bağlı planlarımız olmalıdır. Məsələn, 2016-cı ilin sonunda qeyri-neft sektorun inkişafında hansı hədlərə gəlib çıxacayıq, 2017-ci ildə nələrə nail olacağıq. Elə etməliyik ki, 2-3 ilə neftsiz dövlət büdcəsi formalaşdıra bilək.

– Azərbaycan şəhər və rayonlarının özünü dolandırması, onlara büdcədən dotasiya verilməməsi təklif olunur, sizcə, şəhər və rayonlar özlərini saxlaya biləcəklərmi?

– Parlamentdə hər büdcə müzakirə olunanda biz bu məsələni qaldırmışıq ki, elə eləmək lazımdır ki, bölgələr özlərini dolandırsınlar. Ələbaxımlılıq yaxşı proses deyil. Hər şəhər və rayon rəhbəri oturub düşünməlidir ki, necə etsin, bölgəsi öz-özünü maliyyələşdirə bilsin. Əvvəllər heç yox idi, indi 6 rayon özü-özünü maliyyələşdirir. Çalışmalıyıq ki, hər il 2-3 rayon və ya şəhər özünü maliyyələşdirməyə keçsin. Çünki Azərbaycan bölgələrinin inkişafına, regional layihələrə külli miqdarda vəsait qoyulub. Su, qaz, işıq, yol təsərrüfatına artıq sərmayə qoyulub. Artıq bölgələrin investorlar cəlb etməklə, digər bölgələrlə işləməklə öz-özünü maliyyələşdirməsinin vaxtıdır.

– Vahid bəy, Azərbaycanın dünyada maliyyə və iqtisadi reytinqlər üzrə göstəriciləri düşür. Bunun hansı ölkə iqtisadiyyatına hansı fəsadları olacaq?

– Müəyyən problemlər var. Demirik ki, hər şeyi həll etmişik. Azərbaycanda bank sektorunda islahatlar gedir, maliyyə sahəsində ciddi çatışmazlıqlar var. Bunları bilirik və çalışırıq ki, həll edək. Ancaq bütün bunlar hökumətin çevik fəaliyyətindən asılıdır. Əgər çevik fəaliyyət göstərilib sahibkarlıq üçün şərait yaradılacaqsa, inhisar aradan qaldırılacaqsa, idxal-ixrac əməliyyatlarında şəffaflıq olacaqsa, bank sistemində kreditlərin verilməsində neqativ hallar aradan qaldırılacaqsa, sahibkarlar normal vəziyyətdə işləyə biləcəklərsə, bu vəziyətdən çıxacağıq.

– Vahid bəy, siz manatın üçüncü devalvasiyasını gözləyirsizmi?

– Bu, manatın özünü necə aparmasından asılıdır. Hal-hazırda proses şəxsən mən istədiyim kimi getmir, bank sahəsindəki islahatlar, hələ ki, bəhrəsini vermir. Bankların bağlanmasını düzgün saymıram, əksinə, banklar birləşdirilməli idi ki, onların aşağı faizlə kredit vermək imkanı yaransın. Hələ ki, manat neftə bağlı valyutadır, neftin qiyməti düşdükcə, manatın dəyərinə öz təsirini göstərir. Neftin qiyməti düşsə, bu problem yarana bilər, ancaq çalışacağıq ki, problem yaranmasın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam