Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sabiq səfir sosial şəbəkələrdə cəbhəçilərin hücumlarına məruz qalıb

 

“Ağ Marş” cəbhəçilərin də xoşuna gəlmədi
 
Arif Məmmədov: “Bu insanların dostluqdan pozulması...”
"Xeberinfo.com":    İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri Arif Məmmədovun Azərbaycan xalqını 15 avqusta “Ağ Marş” keçirməyə çağırış etməsi birmənalı qarşılanmadı. Cəmiyyət tərəfindən keçmiş səfiri müdafiə edənlər də oldu, tənqid atəşinə tutanlar da.
Maraqlıdır ki, A.Məmmədovu tənqid edənlər arasında onu yeni lider kimi qəbul edən AXCP və Milli Şuranın üzvləri çoxluq təşkil edirlər. Buna səbəb, sabiq səfirin çağırışına ölkədaxili müxalif partiyaların biganə yanaşmaları ilə bağlı tənqidi statusu oldu. Onun əsas qınaq obyektinə tuş gələn fikirləri bunlardır: “Bir az çərçivələrdən kənar düşünməyi və qeyri-adi, kreativ mübarizə üsulları təklif edirəm. Köhnə mitinqlər taktikası ya işləmir, ya da ki hakimiyyətin maraqlarına işləyir. Bunu görmək lazımdır”.
Bundan əlavə, o, çağırışına biganə qalan siyasi qurumlara da söz atıb: “Siyasi partiyalardan bir səs çıxmadı. Deyəsən "Motodromda" ya da ki "Məhsul" stadionunda tədbirlər keçirməyə üstünlük verirlər. Təəssüflər olsun!”.
A.Məmmədovun paylaşdığı statuslarda cəbhəçilər kütləvi şəkildə onun üzərinə hücuma keçiblər. Onlar bildirirlər ki, xaricdə oturmaqla, Azərbaycanda inqilab etmək olmaz. Keçmiş səfirin onların bəzilərini blok etməsi, alovlanan etirazları daha da gücləndirib. AXCP üzvləri paylaşdıqları statuslarda ona sərt təpki veriblər. 
A.Məmmədov “Yeni Müsavat”a açıqlamasında təxribata gedənləri bloka atdığını, bununla da yeni insanlarla dost olmaq imkanlarının genişləndiyini bildirdi: “Facebook sosial şəbəkəsindəki səhifəmdə 5 min nəfərə yaxın dostum var. 20-30 nəfəri çıxmaq şərti ilə, mən onların hamısını tanıya bilmərəm. İzah etdim ki, mənimlə razılaşmayanlar və təxribat aparmaq istəyənlər dostluğumdan pozulacaq. Çünki, bu cür hallar dostları müzakirələrdən yayındırır. Eyni zamanda, bu insanların dostluqdan pozulması, yeni dostlar üçün yerlərin boşalmasına imkan yaradır”. 
Göründüyü kimi, Arif Məmmədov da tənqidi fikirlərinə görə, cəbhəçilərin hücumlarından yayına bilmədi. Yalnız onları tərifləyənlərlə dostluq edən bu qaragüruhçu dəstə üçün heç bir dəyərin önəmi yoxdur. İki ay öncə prezidentliyə namizəd kimi irəli sürdükləri bir şəxsi bir anda silib, düşmənə çevirirlər...
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam