Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Eminlə Leylaya görə təəssüflənirəm”

 

Rusiyalı biznesmen Araz Ağalarov oğlu Emin Ağalarovla Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın nikahının pozulmasından təəssüfləndiyini bildirib.

“Çox təəssüf edirəm ki, belə alındı. Onların hər ikisi xeyirxah, pozitiv insanlardır. Görünür, nəsə alınmadı. Onlar öz aralarındakı çox yaxşı münasibətləri qoturuyub saxlayıblar. Uşaqlarını bir yerdə tərbiyə edirlər” - deyə Ağalarov bildirib.

"Xeberinfo.com":  Məlumata görə, A.Ağalarov Rusiyanın “Vedomosti” nəşrinə müsahibəsində özünün tikinti biznesindən də danışıb. Bildirib ki, hazırda əsas vəzifəsi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan stadionların tikintisini vaxtında başa çatdırmaqdır.

“Vaxtında başa çatdırmamaq variantı heç nəzərdən də keçirilmir. Nəzərə alsaq ki vaxt çox azdır, biz Kalininqradda tamam ayrı texnologiya tətbiq edirik. Bu, bizi qorxutmur”- iş adamı deyib.

Araz Ağalarov stadionların tikintisi üçün iri məbləğdə kreditlər götürdüyünü təkzib edib, ancaq “Sberbank”a 1 milyard dollar borcunun olduğunu təsdiqləyib.

“Bizim “Sberbank” qarşısında valyuta ilə 1 milyard dollarlıq borcumuz var. Ancaq Allaha şükür ki, öhdəsindən gəlirik və hətta əldə etdiyimiz gəlirlər hesabına yeni obyektlər də tikirik. Bu, hələ 2000-ci illərin əvvəllərində götürülmüş kreditdir, ancaq bizim hazırda kommersiya təyinatlı 1,4 milyon kvadratmetr daşınmaz əmlakımız var. İlk “Crocus City” yaşayış-biznes mərkəzinin, okeanariumun, konsert zalının tikintisinə başlamışıq”- deyə Ağalarov bildirib.

İş adamı deyib ki, biznesinin bir hissəsini oğlu Emin Ağalarovun idarəçiliyinə verib.

“Onun tabeçiliyində “Vegas” ticarət-əyləncə kompleksi, “Restaurants by Crocus Group” brendi altında 23 restoran, “Crocus City Moll” ticarət kompleksi, eyniadlı konsert zalı, “Vegas City Hall” konsert zalı, Azərbaycanda, Nardaranda “Sea Breeze Resort” layihəsi və digər obyektlər var”- ata Ağalarov belə deyib.

Onun sözlərinə görə, Emin hələ tikinti biznesi ilə məşğul olmaq istəmir: “Əgər o, tikinti biznesinə girsə, mənə bir iş qalmayacaq, gərək pensiyaya çıxım. Mənim üçün tikinti asandır. Mollun konseptual tamamlanması və icarəçilərin seçilməsi isə mənə daha çətin gəlir”.

A.Ağalarov qızının nə işlə məşğul olduğu haqda suala cavab olaraq deyib ki, onu ABŞ-a təhsil almağa göndərib və səhv edib: “Ancaq nə etmək olar?! Təəssüf ki, biz hərdən səhv edirik. Digər tərəfdən, bu, onun seçimidir, ola bilsin orada yaşamağı daha yaxşıdır. O, Nyu-Yorkda yaşayır və deyir ki, burada - bizdə hər şey qaranlıqdır". 

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam