Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İnsanlar həkimə yox, falçıya gedirlər"

““Psixoloji yardım haqqında” yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır və onun bu günlərdə Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərinə tanışlıq üçün təqdim olunması nəzərdə tutulur”.

Xeberinfo.com:  Məlumata görə, bunu Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. 


Komitə sədri bildirib ki, “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ehtiyac var.

“Bu gün dünyanın əksər ölkələrində belə bir qanun mövcuddur. Qeyd edim ki, qanun layihəsi üzərində işlər davam etdirilir və biz istəyirik ki, onu plenar iclasdan əvvəl ictimai müzakirəyə, dinləmələrə çıxaraq”.

Qanun layihəsinin hazırlanmasının və qəbulunun vacibliyindən danışan millət vəkili İlham Məmmədov qeyd edib ki, dünyada baş verən iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir edir:

“Psixoloji sarsıntı keçirən insanlar həkimlərə-nevropotoloqlara, psixoloqlara üz tuturlar. Həkimlərin də silahı nə ola bilə, yalınız ağrıkəsici dərmanlar yazmaq. Bu dərmanlar çox zaman müsbət təsir göstərmək əvəzinə, həmin insanların psixoloji duruma mənfi təsir göstərir. Çünki güclü təsirə malikdirlər. Ona görə də belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur”.

Ə.Əmiraslanov deputatın çıxışına cabab olaraq bildirib: “İnsanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı, dərd yarıydı, onların böyük əksəriyyəti çox zaman ekstrasenslərə, falabaxanlara üz tururlar. Bu da öz növbəsində daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir”.

 

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam