Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Avropa İttifaqı öz şərəfini çoxdan itirib”

 

“Roma Papası katolikliyə də, ədalətə də, təbliğ elədiyi dəyərlərə də tüpürüb Qərbin agenti kimi görünməkdən utanmadı” 
"Xeberinfo.com":   Avropa Parlamentinin saxta “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə hələ də siyasi gündəmin ən manşeti olaraq qalmaqdadır. Mövzu ətrafında çox fərqli fikirlər, mülahizələr səslənir. Daha doğrusu politoloqların, siyasi icmalçıların məsələyə yanaşma tərzi son dərəcə müxtəlifdir.
Durumu musavat.com-a şərh edən Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev bunları söylədi:“Şəxsən mənim üçün maraqlı və heyrətamiz olan, Avropa İttifaqının saxta “erməni soyqırımı” ilə bağlı qəbul elədiyi qətnamədən daha çox Türkiyənin timsalında müsəlman dövlətlərinin bu addıma qarşı sərgilədiyi reaksiyadır. Daha doğrusu, onların şok yaşamasıdır. Niyə? Çünki eyni adlı qərar enində-sonunda veriləcəkdi. Ya da belə deyək: kürd problemini sıfır əmsalına qədər səngidən Ərdoğan hakimiyyəti üçün yeni bir problemin yaradılması, Türkiyənin Qərbin maraqlarına uyğun olaraq dünya siyasətindən təcrid edilməsi çoxdan gözlənilən proses idi. Və nəticə də vardı. Hətta bu iyrənc kampaniya elə bir həddə qədər irəlilədi ki, saxta soyqırımın tanınması ilə bağlı anons  dini kəsimin ən rütbəli nümayəndələrindən biri - Roma Papası tərəfindən verildi. Adam rəsmən katolikliyə də, ədalətə də, təbliğ elədiyi dəyərlərə də tüpürüb Qərbin agenti kimi görünməkdən utanmadı, siyasətin dinə açıq bir şəkildə sirayət etməsinə imkan yaratdı. Əsl dəhşət bax bu idi!
Qardaş ölkə isə bu mərhələdə ayıq olmalıdır. Ələlxüsus da səbirli. Eyni zamanda saxta soyqırımın tanınmasında əsas məqsədlərdən birinin təzminat olduğunu nəzərdən qaçırmamalıdır. O təzminat ki, bərbad vəziyyətdə olan Ermənistan üçün yeni nəfəsliklərin açılmasına hesablanıb. Hətta indiki dönəmdə şərəfini və simasını tamamən itirmiş Avropa İttifaqı mövzu ilə bağlı tribunalın çağırılmasını tələb etsə, inanın bu duruma belə təəccüblənməmək lazımdır. Çünki beynəlxalq hüququn prinsiplərini tapdalamaq, ikitirəli oynamaq, konkret maraqları güdmək artıq Avropa İttifaqının prioritetinə çevrilib. Hər halda bu səbəbdəndir ki, erməni lobbisinin Senata, Avropa qurumlarına buraxdığı pullar Dağlıq Qarabağla bağlı qəbul edilən BMT qətnamələrinin icrasından daha vacib predmetə çevrilib,  Xocalıda yaşanan, üstəgəl bəs-bəlli faktlarla sübuta yetirilən soyqırım erməni təəssübkeşlərinin illüziyasından, saxta təxəyyül məhsulundan daha əhəmiyyətsiz mövqedə dayanıb”. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam