Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Avropa Parlamenti bu qərarla erməni terroruna dəstək verdi"

 

Türkiyə katolik dünyasının ruhani lideri Papa I Fransiskin 1915-ci il hadisələri üçün işlətdiyi "soyqırımı" ifadəsini müzakirə edən ərəfədə Avropa Parlamenti (AP) bu hadisələrin soyqırımı kimi tanınmasını nəzərdə tutan qətnamə layihəsi qəbul edib. 

"Xeberinfo.com":   Baş verənlər Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük etirazla qarşılanıb. 
VHP Mərkəzi İcra Aparatının sədri Samir Əsədli də Roma Papasının bəyanatının ardınca Avropa Parlamentinin qərarını Türk-İslam dünyasına qarşı məkrli siyasətin tərkib hissəsi adlandırıb: 
“Bu qərarı verənlərin mahiyyətcə terrorçulardan heç bir fərqi yoxdur. Çünki türk torpaqlarında qondarma dövlət quran, 1918-ci il 31 mart, 1992-ci il 26 fevral soyqırımlarına imza atan, yüzlərlə türk diplomatının qətlini həyata keçirən ASALA terror təşkilatına, erməni şovinizminə dəstək vermək elə bu olayların iştirakçısı olmaq deməkdir”. 
Samir Əsədli həmçinin vurğulayıb ki, qondarma erməni soyqırımı ittihamlarına qarşı gerçək soyqırım faktlarını ortaya qoymağımız belə AB-nin və xristian dövlətlərinin münasibətini dəyişmir: “Amma bu, bizi həqiqətləri təbliğ etməyə və yaymağa mane olmamalıdır. 
AB-nin siyasətçiləri hələ Avropa insanı demək deyil. Biz bəşəri dəyərlərlə yaşayan avropalılara, dini siyasi alətə çevirməyən milyonlarla əsl xristiana həqiqətləri çatdırmalı və onların öz siyasətçilərinin iç üzünü tanımalarına, Allahın göndərdiyi dinləri öz oyunlarına adət edib, sadə xristianları sadə müsəlmanlara qarşı qoyan şəxsləri ifşa etmələrinə yardım göstərməliyik”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam