Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rövşən Lənkəranski kimi insanlara ehtiyac var"

siyavush_novruzovb

“Azərbaycanlılara çox köməkliyi dəyib”

Xeberinfo.com:   Bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Canıyevlə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir:“Lehinə və əleyhinə yazılar gedir və hesab edirəm ki, bunlara ehtiyac yoxdur. Allah Rəhmət eləsin. Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə, onun yaxınlarına, doğmalarında baş sağlığı verir və Allahdan Rəhmət diləyirəm”.

S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: “Aldığım məlumata görə, Rövşən Lənkəranskinin xaricdə, xüsusən də Rusiyadakı azərbaycanlılara çox köməkliyi dəyib. İndi Rövşənin ölüm səbəblərinə görə hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb açılacaq. Bundan sonra ictimayyət məlumatlandırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam