Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Kinematoqrafçılar İttifaqının sədri:“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq”

 “Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlamağa hazırıq”.

Yenixeber.org: Bunu filmin rejissoru və ssenari müəllifi, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov deyib.

Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən “Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.

“Biz regionda vəziyyətin sabitləşməsini gözləyirik. Təəssüflər olsun ki, Yaxın Şərqdə vəziyyət sabitləşmək bilmir. Bu səbəbdən də hələ çəkilişlərə başlamırıq. Lakin hər bir hazırlıq görülüb. Əlverişli şərait yaranan kimi filmin çəkilişlərinə başlayacağıq. Bu məsələ məndən asılı deyil. Bircə onu deyə bilərəm ki, biz çəkilişlərə hazırıq”, – deyə N. Mixalkov vurğulayıb.

Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib: “Filmin çəkilişlərinin Qriboyedovun olduğu yerlərdə, Azərbaycan, İran və Gürcüstanda aparılması planlaşdırılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam