Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Leyla Əliyeva və Arzu Əliyeva Londonda sərgi açılışında

 

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Louise Blouin Foundation” incəsənət qalereyasında ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aida Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb.

 

"Xeberinfo.com":  Məlumata görə, AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

 

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat verib.

 

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Aida Mahmudova və Faiq Əhmədin yaradıcılıqları barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü büruzə verir və daha çox öyrənmək üçün daim səyahətdədirlər.

Sonra sərgiyə baxış olub.

 

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aida Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə çəkilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırladığı incəsənət qurğuları nümayiş etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam