Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan İncəsənəti Londonda

 

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalının açılış konserti olub.

 

"Xeberinfo.com": Məlumata görə, festivalının startında Royal Albert Hall Konsert zalında əfsanəvi Andrea Boçelli öz çıxışı ilə hamını sevindirib.

 

İtalyan tenor Royal Filarmoniya Konsert Orkestrinin müşayiəti ilə 3 aria ifa edib. Maestro öz çıxışını məşhur "Time to say Goodbye" mahnısını "Time to Say Salam" oxuyaraq yekunlaşdırıb.

 

“Buta Arts” mərkəzinin direktoru Nəsib Piriyev qonaqları salamlayaraq, bunları deyib: “Maestro Boçellinin böyük heyranı olaraq, mən onun “Buta” Festivalı bizimlə açdığından çox böyük həyəcan hissi keçirirəm. Bu möhtəşəm hadisə Azərbaycan qədim və müasir incəsənətinin qlobal incəsənət və mədəniyyət episentrlərindən biri olan Londonda 5 aylıq nümayişinə start verdi. Andrea Boçellinin bizə qoşulmasından böyük qürur hissi keçiririk və daha yaxşı bir notda festivala start verməyi düşünə bilməzdik”.

 

Qeyd edək ki, “Buta” Azərbaycan İncəsənəti Festivalı Londonda noyabrın 14-dən 2015-ci il martın 15-dək davam edəcək. Festivalda yerli və əcnəbi sənət ustalarının iştirakı gözlənilir. Festivalın keçirilməsində əsas məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycan incəsənəti və mədəniyyəti ilə yaxından tanış etməkdir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam