Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

“Dini kəbin”ə girib... Uşaq cəlladı olmağına acıyıram!” – Flora-Afət qalmaqalı böyüyür

“Dini kəbin”ə girib... Uşaq cəlladı olmağına acıyıram!” –

Xalq artisti Flora Kərimova ilə ifaçı Afət Fərmanqızı arasındakı qalmaqal böyüyür. 

Yenixeber.org: F.Kərimova ona cavabı sosial şəbəkədə verərək sərt fikirlər səsləndirib: 

“İki ali təhsil sahibi müəllimə-müğəni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun. Toyların azalıb, “mən-mən” də dəbdən düşüb deyə əlacsız qalıb yeni qalmaqal dilənirsən. 

Bütün Azərbaycan mənim zarafatımı başa düşdü sən - “filoloq, alimdən” başqa! İş ki, qaldı “Ətlə pişik” misalına, ovçu olmaq taleyin gətirmədi! Sənin qismətin ancaq və ancaq qurbanlıq olmaqdır, hələ də olursan!

Bir məkana verilən adlara gəldikdə isə olsun “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami kücəsi” və s. bunların hec biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil!

Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir! Bu qədər Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim:

Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatası”nı yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Və sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin! Buna görə sənə “əhsən” düşür!

İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən?! Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sırasında səslənərdi!

Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığı nə bədənə nə ağıla ziyanı yoxdu. Vay o günə ki, kişilərin artığı olasan!

Afət, sevirəm deyib “Dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığın göstərdiyin ilə) kecirdiyin sabaha güvənməyən qadın – sənə  uşaq cəlladı olmağına acıyıram! Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünün yerə çırpıb kiçiltdin ki, sayılası düşmən də ola bilmədin!”

Afət Fərmanqızının da Xalq artistinə cavabı gecikməyib. İfaçı video paylaşaraq xalq artistini ittiham edib və bu sözləri yazıb: “Mənim toylardan vaxtım yoxdur o “Ekaterina”ya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam İnstaqram tab gətirməz. Əxlaqsızın böyüyü sənsən! Mən siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Vaxtilə səhv addımlar atdın ölkə əleyhinə, elə bildin səni mədəniyyət naziri qoyacaqlar, gördün ki, özün deyib, özün eşidirsən, yoruldun və susdun! Amma xəyanətkar elə həmişə xəyanətkar olur!”

Xatırladaq ki, bir neçə gün öncə  Flora Kərimovanın ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində Afət Fərmanqızı ilə bağlı dediyi sözlər bu qalmaqala səbəb olub: "Gedirəm "operasiya"ya. Gedim özümü bir az düzəldim. Nəsimini bərbad hala salan Afət var e, o demişdi ki, "Yatdım yuxuda Nəsimini gördüm. Dedi ki, oxu mənim mahnımı". Mən də yatdım, yuxuda bir də gördüm qurban olduğum Allah mənə deyir ki, "Mən səni belə yaratmamışam, belə də qəbul eləmirəm. Mən sənə 78 ildir dözürəm. Get özünü düzəlt, sonra gələrsən hüzuruma". Beynimə düşüb, vəssəlam".

A.Fərmanqızı isə onu bu sözlərlə biabır etmişdi: “Flora xanım, əvvəla “Nəsimi yuxumda deyib” məsələsini hamı bilir ki, zarafatla demişdim və açıqlaması verilmişdi. Nəsimi ilə Allahı bir tutduğunuza görə sizə yazıqlar olsun. Nəsimi kimi şairler çoxdu, amma, Allah təkdi! Nəsiminin şəkli hər yerde var, amma, Allah gözəgörünməzdi! Allah sizin lağ yeriniz deyil. Qaldı ki, mənim Nəsimidən oxumağım konstitusiyamıza zidd olsaydı, aidiyyatı orqanlar bununla bağlı ölçü götürərdi ve məni cinayət məsuliyyətinə cəlb edərdilər. 

Demək ki, mən qanunu pozmamışam. Kimlərsə mənim o mahnıya görə pul qazanmağımı həzm edə bilmirsə, pişik-ət məsələsi. Bəs, belə Nəsimi məsələsi heysiyyatınıza toxunubsa, Nəsimi bazarının adını avtobuslarda oxuyanda, bazarın yanından keçəndə, niyə demirsiz ki, Nəsimi nə alverçisi olub? Parikinizi çıxartdığınıza görə sizi təbrik edirəm, amma o sidik icmə məsələsi deyirdiniz aaa, bax onu etməyin! Hərdən dozası deyəsən çox olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam