Müğənni Nadir Qafarzadə yeni klip üçün kamera qarşısına keçib.

Yenixeber.org: Sənətçi çəkiliş məkanından görüntünü İnstaqram hesabında yayımlayıb. Yarıçılpaq nadir üstünü örtərək, həmkarlarına söz atıb:

"Lütəm deyə, üstümü örtmüşəm. Nə edim? Heç olmasa abır-həyalı müğənni olsun, tamaşaçılara hörmət etsin. Əziz tamaşaçılarımız, mən sizə hörmət edirəm. Heç vaxt sizin yanınızda lütdənmərəm".

Qeyd edək ki, bu günlərdə müğənnilər Kərim Abbasov, Musa Musyaev sosial şəbəkədə yarıçılpaq görüntülərini yayıb.