Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Brilliantdan Aygünə sərt mesaj: Səhnələrdə sərxoş halda yıxılır

 

Xalq artisti Brilliant Dadaşova mərhum sənətçi Mirzə Babayevin doğum günü ilə bağlı qalmaqallı paylaşım edib.

Yenixeber.org: B.Dadaşova paylaşımında bir zamanlar duet oxuduğu M.Babayevi yada salıb və Xalq artisti Aygün Kazımovanın ünvanına sətiraltı mesajlar yollayıb. Brilliant ad çəkməsə də, yazdığı statusda Aygünə eyham vurması ilə diqqət çəkib:

“Yaxşı ki, o, estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulla satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

Qeyd edək ki, maqazin proqramının birində “Əsas ulduz” kəlməsi tez-tez A.Kazımovanın ünvanına səsləndirilir.

Hazırda Türkiyədə olan Xalq artisti A.Kazımova da mərhum sənətkar Mirzə Babayevlə görüntülərini “Instagram” hesabında paylaşıb. Pop-diva paylaşımında ona söz atan B.Dadaşovanın cavabını verib:

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Beləcə iki məşhur arasında yatmış vulkan yenidən oyanıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam