Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıda Güney Azərbaycandan olan tanınmış rəssam və heykəltəraşın sərgisi keçiriləcək

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcək

Nazirlikdən  verilən məlumata görə, sərginin açılışı mayın 22-də saat 18:00-da Muzey Mərkəzində təşkil olunacaq. Sərgiyə giriş sərbəstdir. Sərgi cari il mayın 26-dək davam edəcək.
Qeyd edək ki, Vədud Salim oğlu Müəzzin 1958-ci il avqust ayının 11-də İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olub. 1980-cı ildən peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Rəsm və incəsənət kurslarında iştirak edib, Türkiyənin Memar Sinan Universitetini bitirib. ABŞ (Los Anceles, 1990), Fransa (Paris, 1992), Kanadada (1995), İranın Təbriz, Urmiya, Rəşd, Ənzəli və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil edilib. Bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Azərbaycan-İran mədəni əlaqələrinin yaranması və inkişafına xidmət edən rəssamın Bakıda ilk fərdi sərgisi 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində (indiki Milli İncəsənət Muzeyi) keçirilib. Onun yaratdığı Ümummilli lider Heydər Əliyevin portreti də həmin sərgidə nümayiş etdirilib və tamaşaçıların rəğbəti ilə qarşılanıb. 2014-cü ildə rəssamın növbəti sərgisi Bakıdakı Muzey Mərkəzində təşkil olunub. O, 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Sərgidə V.Müəzzinin son illərdə İranda və Azərbaycanda yaratdığı əsərlər nümayiş olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam