Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalistlərin ümumrespublika karnavalı təşkil olundu– VİDEO

 

Jurnalistlərin ümumrespublika karnavalı təşkil olundu

 

Bakıda “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun (JK) yaranmasının 5 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni illə bağlı ümumrespublika karnavalı keçirilib

Yenixeber.org:  Azərbaycanın 30-dək televiziya, informasiya agentliyi, qəzet və xəbər portalının 100-dən çox nümayəndəsinin qatıldığı karnavalda bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə keçirilən müsabiqələrin təqdimatı zamanı qalibə “Qarabağ” futbol klubunun geyimini komandanın kapitanı Rəşad Sadıqov təqdim edib. Karnaval boyu müsabiqələr keçirilib və müsabiqə qaliblərinə "Bakı Metropoliteni" QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, “ASAN Xidmət” Mərkəzinin, ABAD xidmətin, Azərbaycan Xalça Muzeyinin, “Unibank” Kommersiya Bankı, “Kontakt Home” mağazalar şəbəkəsinin qiymətli hədiyyələri təqdim olunub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGT) tədbirdə dəstəkçi qismində iştirak edib.

“Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu ölkədə media nümayəndələrinin işdənkənar asudə vaxtlarının təşkili, peşəkar sahədə fikir mübadilələrinin aparıldığı toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionları ilə tanışlığının təmin edilməsi sahəsində fəaliyyət göstərən yeganə ictimai təşkilatdır. Təşkilatın həmtəsisçiləri - jurnalistlər Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkodur.

 


www.oxu.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam