Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gülüş ustasının anım günüdür

 

Gülüş ustasının anım günüdür
Want create site? Find Free WordPress Themes and plugins.

-Adin nədi?

– Məhəmməd.

-Sözümüz sözdür?

-Əlbət.

Yenixeber.org: “Ulduz” filmindən bu dialoqun keçdiyi səhnəni xatırlamayan yoxdur yəqin ki. Bəli, bu gün Məhəmmədin, yəni Lütfəli Abdullayevin anım günüdür. Adı səsləndiyi zaman üzlərdə təbəssüm oyada bilən aktyor artıq 44 ildir ki, səhnələr- sənəti ilə vidalaşıb. Bu vidanın ən çox zərər görən tərəfi isə sözsüz ki, teatr səhnələri, tamaşalardır.

Lütfəli Abdullayevin tam fərqli bir dəsti xətti var idi. Səhnəyə bir başqa cür yaraşırdı. Səhnə işığı, aktyorluq bacarığı qəlbdən gələn hiss idi. Onun yolunu gedə biləcək yeni nəsilin hələ uzun müddət müasir aktyorlar arasından çıxması mümkünsüzdür.

Azərbaycan mədəniyyəti “Məhəmməd”ini 1973-cü ildə itirdi. Sənətkar 1914-cü il, 12 mart tarixində, Şəkinin Nuxa kəndində dünyaya göz açmışdı. Dövlət Konservatoriyasına 14 yaşında daxil olması əslində istedadından xəbər verirdi. Kiçik yaşlarından epizodik rollarla kifayətlənsə də, həyat ona bacarığı qədər böyük qapılar açmağı hədəfləyirdi.

Lütfəli Abdullayev Dövlət Musiqili Komedia teatrı, Milli Dram teatrı, Dövlət Filarmoniyası kimi bir çox sənətin ocağı olan yerlərdə çalışmışdı. İllərlə yorulmadan çalışan aktyor, teatr tarixinin ən dəyərli simaları ilə eyni səhnədə rol alıb. İlk tanınmış rolu “Arşın mal alan operetdasında” Vəli rolu olub. Daha sonra “Bəşir Səfəroğlu”, Böyük ömrün anları” , “Əhməd haradadır?” , “Qəribə əhvalat”, “O olmasın, bu olsun”, “Ulduz” və daha neçə dəyərli filmlərdə yaddaqalan rollar alıb.

Milli teatrımız, səhnə sənətimiz Lütfəli Abdullayev kimi gülüş ustası ilə təəssüf ki, bir daha qarşılaşmayacaq. Onu əvəz edə biləcək tək şey sənətsevərlərə saxladığı video yazılardır.

Sənətin adamı Lütfəli Abdullayev kimi sənətkarlar bir gün düyil, hər gün anılmalıdır.(a24)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam