Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yubiliyarlara həsr edilmiş tədbir keçirilib-BSU-da

Yubiliyarlara həsr edilmiş tədbir keçirilib- 

 

Yenixeber.org: Oktyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) bu il yaşı 70, 75, 80, 85 olan yubiliyarlara həsr olunmuş yubiley tədbiri keçirilib. Qeyd edək ki, bu il BSU-nun iyirmi bir nəfər müəllimi- professorlar Çingiz Bədəlov, Kərim Məmmədov, İlyas Həmidov, Tamilla Məmmədova, Rəhilə Quliyeva, Ellada Quliyeva, dosentlər Vaqif Məmmədov, Aydın Həsənov, Mina Quliyeva, Solmaz Bəşirova, İbrahimpaşa Babayev, Almaz Məmmədova, baş müəllimlər Gültəkin Qasımova, Səftər Məlikov, Elmira Yüzbaşova, Solmaz Əliyeva, Rəna Abdullayeva, Nabat Məmmədova, Rəhilə Paşayeva, Svetlana Balametova, kitabxanaçı Tamella Əliyeva- yubiley yaşlarını qeyd ediblər.

         Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ömrünün böyük hissəsini Bakı Slavyan Universitetinə həsr etmiş yubiliyarları təbrik edərək onların hər birinə uzun ömür, cansağlığı arzulayıb. O, pedaqoji fəaliyyətləri dövründə universitet kollektivinin hörmətini, sevgisini qazanmış yubilayar müəllimlərin öz nümunəvi həyatları ilə gənclərə bir örnək olduqlarını deyib. Ömrün ən gözəl illərini gənc nəslin təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr edən qocaman müəllimlərin sırasında Əməkdar müəllim adına layiq görülən, “Tərəqqi” medalı ilə təltif edilən insanların olduğunu vurğulayan rektor bu cür şərəfli peşənin sahiblərinə dövlətin də daim diqqət və qayğı göstərməsindən söz açıb. O, professor və müəllimləri universitetin mənəvi sütunları adlandırıb, onları şamla müqayisə edərək ömürlərini gənc nəslin yolunda gilə-gilə əritdiklərini vurğulayıb.

Tədbirdə prorektor və dekanlar da yubliyarların ünvanlarına təbriklər səsləndiriblər. Cavab nitqində  yubiliyarlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhəbərliyinə təşəkkür ediblər.

Sonda rektor tərəfindən yubiliyarlara hədiyyələr və gül dəstələri təqdim olunub. BSU-nin Mətnuat Xidməti

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam