Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Yaponiyanın Səfiri Naxçıvan Dövlət Universitetində

         

 

     "xeberinfo.com": Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub, universitetin strukturu, maddi-texniki bazası, buradakı tədris prosesi ilə yaxından tanış olubdur. Səfir Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat yönlü laboratoriyalarda və muzeylərdə, Memarlıq və mühəndislik fakültəsindəki Memarlıq və incəsənət tarixi kabinəsində, fakültə tələbələrinin əl işlərinin nümayiş olunduğu sərgi salonunda, laboratoriyalarda,Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fəaliyyət göstərən Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, “Diplomatiya” kabinəsində, Tərcümə tədris mərkəzində olub. Rəsmi qəbul zamanı universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində 108 hektarlıq ərazidə müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir  universitet qurulub. Qeyd olunub ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri günbəgün genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığamalik olan  bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər. Bildirilib ki, universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.

         Səfir Tsuquo Takahaşi ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb, muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşüb. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlər arası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyəti önə çəkilib, yaponiyalı diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

 

                                                                                             

                                                                                              Mina Qasımova

       NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 

 

     
   

     

      

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam