Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Eurovision-2017" mahnı müsabiqəsi:yarımfinalların püşkü atılıb

Kiyev şəhər administrasiyasında "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinallarının püşkatma mərasimi keçirilib.

Xeberinfo.com:   Əvvəlcə keçən il müsabiqəyə ev sahibliyi edən Stokholmun meri Yeva-Luiza Erlandsson Slorah ev sahibinin rəmzi açarını Kiyevin meri Vitali Kliçkoya təqdim edib.

Azərbaycan püşk nəticəsində ilk yarımfinalın birinci hissəsində Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya ilə birgə çıxış edəcək.

İlk yarımfinalın ikinci hissəsində Kipr, Sloveniya, Ermənistan, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan, Polşa çıxış edəcəklər. Birbaşa böyük finala vəsiqə qazanan "böyük beşlik" ölkələrindən İtaliya, İspaniya və Böyük Britaniya bu yarımfinalda səs verəcəklər.

İkinci yarımfinalın birinci hissəsində Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, ikinci hissəsində isə İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç, Belarus çıxış edəcək. Bu yarımfinalda "böyük beşlik"dən Almaniya və Fransa, eləcə də bu il müsabiqəyə ev sahibliyi edəcək Ukrayna da səs verəcək.

Xatırladaq ki, "Eurovision-2017" müsabiqə Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.

Azərbaycanı müsabiqədə müğənni Diana Hacıyeva təmsil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam