Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Akademik Zərifə xanım Əliyevanın doğum günü NDU-da qeyd olunub

       

     

      

    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanımƏliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

 

        

   "xeberinfo.com": Elmi konfransda rektor, professor Saleh Məhərrəmov çıxış edərək, dünya şöhrətli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, elmi və ictimai fəaliyyətindən, mənalı ömür yolundan danışaraq bildirib ki, xalqımızın qəlbində əbədi yaşayan görkəmli elm xadimi Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əziz xatirəsi elmin işığında, nur verdiyi insanların qəlbində əbədi yaşayır. “Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edən Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb. Tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin “Dünyanın tanınmış elm xadimlərinin Zərifə xanım Əliyeva haqqında xatirələri”, Əczaçılıq və stomatologiya kafedrasının müəllimi Əzizə Hüseynovanın “İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi” mövzulardakı məruzələrində vurğulanıb ki, Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirmişdir.

        

      Məruzələrdən sonra Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

                                                                         

 

 

                                                                          Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam