Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Kürdəmirdə Zərifə Əliyevanın 93-cü ildönümünə həsr olunmuş tədbir - FOTOLAR


 

 

        Bu gün Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

 

       Xeberinfo.com:   Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Məhəmməd Musayev və səhiyyə işçiləri iştirak edirdilər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə

Əsgərli çıxış edərək qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım

Əliyevanın anadan olmasının 93-cü idönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir.

O, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb:"Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".
Tədbirdə daha sonra çıxış edənlər tanınmış alim, böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, gözəl həyat yoldaşı və ana, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğunu qeyd etdilər, onun tibb sahəsindəki uğurlarından söz açdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam