Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Narkotestlə bağlı nəticələrə belə etiraz etdi-FOTOLAR

 

Xəbər verdiyimiz kimi, ötən həftə 19 türkiyəli məşhurdan götürülən narkotestlərin nəticələri açıqlanıb və onlardan bəzilərinin qanlarında narkotik maddə müəyyən edilib.

Yenixeber.org-un məlumatına görə, qanında narkotik maddə aşkarlanan aktrisa Birce Akalay nəticəyə etiraz edəcəyini açıqlayıb.

“Sizə bildirmək istəyirəm ki, ən qısa zamanda vəkilim vasitəsilə Məhkəmə Tibbi Ekspertizanın rəyinə etiraz edəcəyəm, təbii ki, əgər doğrudursa. Hörmətlə”, - deyə aktrisa bildirib.

Narkotestdə nəticələri müsbət çıxan digər tanınmışlar isə aktrisa Defne Samyelinin qızları Deren və Derin Taludur.

Bacılar nəticə ilə bağlı birgə bəyanat yayıblar: “Şokdayam. Həyatımda heç vaxt narkotik istifadə etməmişəm. Nəticələr doğru deyil. Birinin adını qaralamaq bu qədər asandırmı? Yalnız qanımdakı sertralinlə bağlı nəticə doğrudur, mənim qəbul etdiyim antidepressant dərmanlardır. Bir daha anladım ki, antidepressanlartdan istifadə etmədən bu ölkədə yaşamaq mümkün deyil. Başqa xəstəxanada yenidən testdən keçəcəyəm və adımın qaralanmasına icazə verməyəcəyəm”.

Defne Samyeli isə Məhkəmə Tibbi Ekspertizanın rəyinə inanmadıqlarını söyləyib: “Mən təkcə narkotikə deyil, hətta siqaretə də qadağa qoyulmasını müdafiə edən biriyəm. Narkotiklərin qanunsuz dövriyyəsi, yayılması ilə mübarizədə dövlətin effektivliyi artıq böyük bir sual altındadır. Bu insanların tez-tələsik necə aşkara çıxarıldığı, barələrində şikayətin necə verildiyi barədə bizə, ailələrə məlumat verilməyib. Başqa bir xəstəxanada uşaqlarım üçün bu testləri yenidən aparacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam