Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səhnədə yenə huşunu itirdi- FOTOLAR

 

Türkiyəli müğənni Ziynet Salinin başına iş gəlib.

Yenixeber.org xəbər verir ki, İzmirin Çeşmə bölgəsində səhnəyə çıxan 50 yaşlı müğənni mahnı oxuyarkən özünü pis hiss edərək yerə yıxılıb. Bu zaman komandası onu dərhal səhnə arxasına aparıb.

Sali daha sonra açıqlama verərək artıq özünü yaxşı hiss etdiyini bildirib: “Dünən gecə səhnədə özümü çox pis hiss etdim. Səbəb qan təzyiqimin çox aşağı olması idi. Buna yorğunluq deyək... İndi yaxşıyam”.

Bu hadisə sənətçinin pərəstişkarlarını narahat edib. Çünki Ziynet Sali əvvəllər də oxşar sağlamlıq problemi yaşayıb. Belə ki, 2018-ci ildə Beylikdüzündə verdiyi konsert zamanı səhnədə halı pisləşən ifaçı huşunu itirərək səhnə arxasına aparılmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam