Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mehribanlar bir-birini niyə qırır?

“İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?”
Yenixeber.org: Bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova deyib:
“1998-ci ildən bu günə qədər 27 ildir ki, "Azdram"ada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Buna görə də hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. "Azdrama"da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə, yox!”
Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:
“Azdrama"nın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. "Azdrama"nın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır!
Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirəm”.(kulis.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam