Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Meyxananı böyük səhnəyə atam gətirib" -Lətifə Soyuöz

Müğənni Lətifə Soyuöz meyxana ilə bağlı etiraf edib.

Yenixeber.org xəbər verir ki, sənətçi mərhum atası Akif Fətəliyevin meyxananın böyük səhnəyə çıxmasına dəstək olduğunu söyləyib. Bu haqda qonaq olduğu "İncə səhər" verilişində danışan Lətifə bunları əlavə edib:

"Meyxana janrına qarşı xüsusi hissim var. Atam Akif Fətəliyev sovet dövründə teatrın baş direktoru olub. O vaxt meyxananın böyük səhnəyə çıxması qadağan idi. Atam bunun üçün Moskvaya yola düşüb, orada mədəniyyət naziri ilə görüşüb və mübahisə də edib. Orada deyib ki, nə üçün sizdə "Частушка" oxumaq olar, bizdə meyxananı səhnədə səsləndirmək olmaz. Bu da bizim folklorumuzdur. Meyxananın böyük səhnəyə çıxmasının ilk icazəsini atam alıb. Ondan sonra ilk dəfə Nizami Rəmzinin filarmoniyada konserti təşkil edilib. Bütün zal dolub və hətta insanlar pəncərələri sındırıb içəri girmək istəyirmiş".

Lətifə əlavə edib ki, onun da səhnəyə gəlməsində mərhum atasının rolu böyük olub. (Axsam)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam