Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI-FOTO

 

Görkəmli müğənni Rəşid Behbudovun həyatı, ailəsi, yaxınları barədə məlumatlar həmişə ictimai maraq doğurub. 

Yenixeber.org: Bəy nəslindən olan Lütfəli Vəkilov 1890-cı ildə anadan olub. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradılmasında xidmətlər göstərib, kicik zabitlərin yetişdirilməsi ilə məşğul olub.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bu işğala qarşı mübarizə aparmaq məqsədi ilə Azərbaycan Milli Mərkəzi yaradılır. Tarixdə bu Mərkəz "53-lər" adı ilə tanınır. Lütfəli bəy də bu Mərkəzin üzvlərindən biri olur.

1931-ci ildə Lütfəli bəy həbs edilərək Sibirə sürgün edilir. Ona 5 il həbs cəzası kəsmişdilər.

Bəzi məlumatlara görə, Lütfəli bəy Vəkilov 1937-38-ci illərdə yenidən həbs edilərək Bakıda güllələnib.

Digər məlumata görə, o, Sibirdəki həbs müddəti başa çatdıqdan sonra bir müddət Moskvada yaşayıb və orda da müəmmalı şəkildə dünyasını dəyişib...

Qeyd edək ki, Rəşid Behbudovun anası Firuzə xanımın iki qardaşı, bir bacısı olub: Gəray bəy, Lütfəli bəy, Sürəyya xanım.

Onlar Qazaxın Salahlı kəndindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun övladlarıdır.

Rəşid Behbudovun anası Firuzə xanım Vəkilova 1933-cü ildə vəfat edib.


Bu şəkil 1907-1908-ci illərdə Tiflisdə çəkilib. Rəşid Behbudovun anası, dövrünün tanınmış maarifçisi, Tiflis Müsəlman Qadınlar Klubunun sədri, pedaqoq Firuzə xanım Vəkilova və qardaşı Lürfəli bəy Vəkilov.((Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam