Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ucadan, ucasan yaradan ALLAH

 

Ucadan, ucasan yaradan Allah!...
Bilmirəm, adını necə vəsv edim?
Qurtar sən qulunu, bəladan Allah!
Qoyma sən hardasa, çaşıb səhv edim...
*****
Qəlbimə yaxınsan bir sirdaş kimi,
Könlümdə olanı ilk sən duyurdun.
Qolumdan tutmusan bir yoldaş kimi,
Səhflərim var isə TÖVBƏ buyurdun!...
*****
Yaratdın bizləri tanıyın dedin,
Namazla qarşında səcdəyə gələk.
Namazsız birini qınayın dedin,
Quranı oxuyub vəcdəyə gələk!...
*****
Yaradıb insanı nə vermədin ki!?...
Qəlbi var, köksündə o, sevə bilir.
Önünə təbiət, nə sərmədin ki!?
Allahu Əkbəri o, deyə bilir...
*****
Allahım, yalvarıb səndən istəyim;
Qurunun oduna yaşı yandırma!..
Yer, göyü tərpədib vəsvəsə vermə,
Torpağı çevirib daşı qaldırma...
*****
Kafirin bəlasın qəzəbinlə ver,
Məhəmməd ümməti əzab çəkməsin.
Cəza ver, zalimə qərəzinlə ver,
Müsəlman torpağı ŞƏHİD əkməsin!...
*****
Qəzzədə qırılır körpə balalar,
Yəhudi kafirlər yolunu azmış.
Sən haqqı görənsən, göndər bəlalar,
Bilək ki, azanlar qəbrini qazmış...
*****
Tökülən qanları sən qoyma yerdə,
Açılan əlimiz sənə sarıdır.
Qulunla arana sən qoyma pərdə,
Rəhminə sığınan Allah yarıdır...

  Təranə Şəms.6.01.2024


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam