Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Doğmalarım ögey olub, məni heç kim bəyənməyib” -Afaq Bəşirqızı

 

Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “O” verilişində çox maraqlı açıqlamalar verib.

Yenixeber.org-un xəbərinə görə, aktrisa uşaq vaxtı yaşadığı acıların sonradan onda ağır xəstəliklərə çevrildiyini bildirib.

“Anadan olan günün səhərisi anamı, 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögeylik edib, mənimlə münasibət qurmayıblar. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz", “valideynsiz”, “doğmalarsız” adı olub”, - deyən aktrisa əlavə edib ki, həyat ona çox çətinlik yaşadıb.

“Artroz xəstəliyinin çox ağır formasına tutuldum. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi nəticəsində bədən üzvlərinin yarısının olmaması. Bunların hamısı həyatın verdiyi suallara orqanizmimin verdiyi cavab oldu. Məcburiyyətdən, qorxudan başladım həyata yaltaqlanmağa. Çünki mənim hər mənada diqqətimlə dolananlar var”, - o bildirib.(Lent)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam