Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İlhamə Quliyevanın satdığı evin pulu..." -Cavanşir Məmmədov

 

"Flora Kərimova ilə doğma bibi qızı və dayıoğluyuq. Atam Şuşadandır. Flora xanımın anası Şuşadan, atası Qəbələdədir. İlhamə Quliyeva isə dostum idi".

Yenixeber.org xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Elgizlə izlə" proqramında deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"İlhamə xanım deyirdi ki, sənin bibin qızı mənəm, Flora yox. Deyirdim ki, yox, dostumsunuz. Flora xanım mənim böyüyümdür. O vaxt İlhamə mənə duet təklif etdi, oxumadım. Dedim ki, Flora Kərimova ilə oxumuşam. İndi də kimsə duet oxumaq istəsə, Firuzə İbadovadan başqası ilə oxumaram". 

Proqramda İ.Quliyevanın satdığı evin pulunu C.Məmmədova verməsindən bəhs edilib. İfaçı "Satdığı evin pulunu Cavanşirə vermişdi ki, saxlasın" sözlərinə "Məni çox istəyirdi. İlhamə Quliyevanın satdığı evin pulu iki ay məndə qaldı. Biz iki ay ailəlikcə evdən çölə çıxmadıq. Dedik, birdən ev yanar və ya bir bədbəxt hadisə olar, deyərlər, Cavanşir bilə-bilə etdi ki, pulu verməsin" reaksiyasını verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam