Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qarabağ mədəniyyət idarəsinin rəisi 1700 nəfəri üsyana qaldırıb –Nazirə qarşı…

bitmap-img6
Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində kütləvi narazılıqla bağlı susqunluq nümayiş etdirir. Regional idarənin işçiləri artıq üsyan həddinə çatdırılıb.

Yenixeber.org: Buna səbəb əmək haqlarının ödənməməsi və xeyli vaxtdır ki, yubadılmasıdır.

Hazırda 1700 nəfər işçinin maaş kartı yenilənməlidir ki, hələ də bu məsələ həllini tapmır. Səbəb isə sadədir – idarə rəisi maaş kartını yeniləmək üçün hər işçidən 5 manat tələb edir. Bu isə 1700 nəfəri hesablayanda böyük məbləğ edir.

Görünür ki, idarə rəisi tez vaxtda varlanmaq, yaxud da yay istirahətini xaricdə keçirmək niyyətindədir.
Bu barədə sosial şəbəkədə xəbərlər yayılıb. Bildirilir ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozmaqdadır.

İddialara görə, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əmək haqları da ödənilmir. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılıb. Mədəniyyət Nazirliyi  araşdırma aparılacağını açıqlasa da, heç bir nəticə yoxdur.

Faktiki olaraq, işçilər hər gün bankomata yaxınlaşsa da, balansda bir qəpik də olmadığı üzə çıxır. Beləcə , idarə rəisi Qalib Həsənov mədəniyyət nazirini aldatmaqla, mədəniyyət sahəsində çalışan işçiləri nazirliyə qarşı qiyama qaldırmaqla məşğuldur.

Bu, həm də dövləti sabotaj etməkdir. İlin-günün bu vaxtında idarə rəisi 1700 nəfəri qanunsuz şəkildə maaşdan məhrum edib.(Anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam